HƏCC ZİYARƏTİ ZAMANI HƏLAK OLANLAR ARASINDA AZƏRBAYCAN VƏTƏNDAŞLARI YOXDUR
Səudiyyə Ərəbistanında həcc ziyarətinin gedişində, fevralın 1-də Mina qəsəbəsi yaxınlığında şeytana daşatma mərasimi zamanı baş vermiş basabasda 244 zəvvar həlak olmuş, 240-dan çox adam xəsarət almışdır. Ölkəmizin Ər-Riaddakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, onların arasında Azərbaycan vətəndaşları yoxdur.
Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, bu il daha 272 zəvvar öz əcəli ilə vəfat etmişdir. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən demişlər ki, həmin şəxslərdən ikisi Azərbaycan vətəndaşıdır.
Rəsmi məlumata görə, indiki həcc ziyarətinə 1,9 milyon adam gəlmişdir. Onların 1,4 milyondan çoxu əcnəbilərdir.