HERALDİKA ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR
Şuranın üzvləri iş planının layihəsi ilə tanış olmuş, bu sahədə Azərbaycanda mövcud təcrübənin təhlili, müstəqil Azərbaycan dövlətinin rəmzlərinin mahiyyətini əks etdirən əsas heraldika atributlarının müəyyənləşdirilməsi, Azərbaycanın indiki orden, medal və döş nişanlarının heraldika nəzəriyyəsi baxımından təhlili və onların yeni tərtibatına aid təkliflərin hazırlanması, Azərbaycan dövlətinin bonistika (kağız pul) ilə bağlı əsas heraldika prinsiplərinin, medalyer sənətinə (medal, jeton, plaket və s.) dair konsepsiyanın və faleristika (orden, döş nişanı və s.) ilə bağlı başlıca heraldika prinsiplərinin, habelə Azərbaycanda qiymətli kağızların, digər xüsusi əhəmiyyət kəsb edən mühüm sənədlərin hazırlanması və çapı ilə əlaqədar ornamentlərdə və su nişanlarında əks olunan əsas heraldika prinsiplərinin müəyyən olunması, Azərbaycan Milli Elmlər Akademiyasında Heraldika sektorunun yaradılması, Dövlət İdarəçilik Akademiyasında heraldika (genealogiya, numizmatika, paleoqrafiya və sfragistika) üzrə nəzəri kursların təşkili məsələləri ətrafında fikir mübadiləsi aparmışlar.
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan MEA Ədəbiyyat İnstitutunun direktoru Bəkir Nəbiyev, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı, xalq rəssamı Tahir Salahov, Azərbaycan Mədəniyyət Fondunun sədri Kamal Abdullayev, Prezidentin İcra Aparatının şöbə müdirləri Fatma Abdullazadə, Şahin Əliyev və Elçin Bağırov bununla əlaqədar komissiya yaradılması fikrini dəstəkləmiş, onun işi ilə bağlı mülahizələrini söyləmişlər.
İclasda Azərbaycan Respublikasında xüsusi heraldika muzeyinin yaradılması, şəhər və rayonların gerbləri, milli qvardiyanın xüsusi geyimləri, habelə mövcud olan müxtəlif loqotip, döş nişanı, plaket və rəmzlərlə bağlı təkliflər irəli sürülmüş, Azərbaycanın orden və medallarının mövcud təsviri və statutunun Şura üzvlərinə çatdırılması və bu istiqamətdə müzakirələrin davam etdirilməsi, Heraldika Şurasının işinə dair təkliflərin xüsusi internet səhifəsində yerləşdirilməsi və ya Milli Elmlər Akademiyasının Rəyasət heyətinə göndərilməsi məqsədəuyğun hesab edilmişdir.
Xatırladaq ki, Heraldika Şurasının işinə dair təkliflər [email protected]