Hərbi Akademiyada Pakistan nümayəndə heyəti ilə görüş keçirilib
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında imzalanmış protokola əsasən, bu ölkənin Milli Müdafiə Universitetinin nümayəndəsi, general-mayor Fayyaz Hüseyn Şahın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən görüşdə hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı layihələrin həyata keçirilməsi, birgə fəaliyyət sahələrinin müəyyən edilməsi, ikitərəfli əməkdaşlıq və digər məsələlər müzakirə olunub.