Hərbi həkimlərimiz “Hərbi-tibbi estafet” müsabiqəsinə hazırlıq keçirlər
Bakı, 1 avqust, AZƏRTAC
Azərbaycan Ordusunun hərbi həkimləri “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində avqustun 4-dən 15-dək Özbəkistanda keçiriləcək “Hərbi-tibbi estafet” müsabiqəsinə hazırlıq keçirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dünyanın 10 ölkəsindən olan hərbi həkimlərin iştirak etdikləri müsabiqədə yaralılara ilkin tibbi yardımın göstərilməsi, onların döyüş meydanından təxliyəsi, tibbi müayinəsi və müalicəsi üzrə tapşırıqlar, eləcə də digər epizodlar yerinə yetiriləcək.