Hərbi qulluqçuların psixoloji sahədə maarifləndirilməsi üzrə metodiki məşğələlər keçirilib
Bakı, 13 may, AZƏRTAC
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqları tərəfindən hərbi hissələrdə metodiki məşğələlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlər çərçivəsində gənc əsgərlərlə psixoloji iş fəaliyyətini həyata keçirən zabit psixoloqlarla metodiki məşğələlər keçirilib, gənc əsgərlərin hərbi xidmət şəraitinə uyğunlaşmasına kömək göstərilməsi və hərbi qulluqçuların psixoloji dayanıqlığının yüksəldilməsi məqsədilə onlarla maarifləndirici söhbətlər aparılıb.
Sonda zabit psixoloqları maraqlandıran suallar cavablandırılıb, lazımi tövsiyələr verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]
Müdafiə Nazirliyinin rəhbərliyi təlimdə məşqlərin gedişatını izləyib VİDEO
- 24.09.2026 [18:58]