Hesablama Palatasının sədri onlayn konfransda iştirak edib

Bakı, 5 aprel, AZƏRTAC
Rusiya Federasiyası Hesablama Palatasının dəvəti ilə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov MDB iştirakçısı olan ölkələrin Ali Audit Orqanlarının (AAO) aprelin 5-də keçirilən onlayn konfransında iştirak edib.
Palatadan AZƏRTAC-a bildirilib ki, konfrans Rusiya Federasiyasında nəzarət təftiş qurumlarının 100 illiyi münasibətilə “Dövlət vəsaitlərinin istifadəsinin səmərəliliyinin təmin edilməsində daxili və kənar nəzarətin rolu” mövzusuna həsr olunub.
Rusiya Hesablama Palatası Sədrinin vəzifəsini icra edən Qalina İzotova mövzu ətrafında təqdimatla çıxış edib.
Tədbirə Rusiya Federasiyasının Maliyyə Nazirliyinin nümayəndələri, Federal Xəzinədarlığın rəhbəri, Rusiya Hesablama Palatasının regional Palatalarının rəhbər və nümayəndələri, Belarus, Tacikistan AAO-nın rəhbərləri də qatılıb.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Dövlət vəsaitlərinin istifadəsinin səmərəliliyinin təmin edilməsində daxili və kənar nəzarətin rolu” mövzusunda çıxış edib, Rusiya Federasiyasında nəzarət təftiş qurumlarının 100 illiyi münasibətilə Rusiya Hesablama Palatasına və tədbirdə iştirak edən qurumların nümayəndələrinə təbriklərini çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.07.2025 [11:24]
Bakıda Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyası keçirilib
- 11.07.2025 [10:25]
AZSTAND nümayəndələri Çində seminarda iştirak ediblər
- 11.07.2025 [10:16]