HƏSƏN ƏLIYEV: FƏRİD MANSUROVA İLK OLİMPİYA QIZILINI HƏDİYYƏ ETMƏK İSTƏYİRƏM
Bakı, 8 sentyabr (AZƏRTAC). Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Fərid Mansurov yığmanın dünya çempionatında çıxışından razı qalmışdır.
İkiqat dünya və olimpiya çempionu qazanılan 1 qızıl və 1 bürünc medaldan sonra sevincini jurnalistlərlə bölüşərək demişdir: “İlk yarış günündə Vitali Rəhimova ümidlərim böyük idi. Amma o bürünc medalla kifayətləndi. Əvvəlcədən demişdim ki, qızıl medalımız olmalıdır. Bu mənada Həsən Əliyevin qələbəsinə çox sevindik. Cari il onun üçün çox uğurlu oldu. Həm Avropa çempionu oldu, həm də dünya”.
Komandamıza ilk qızıl medalı qazandıran yunan-Roma güləşi üzrə dünya çempionu Həsən Əliyev (60 kq) Moskvadakı qələbəsi barədə öz fikirlərini bölüşmüşdür. “Mən gərginlik hiss edirdim, axı bu, dünya çempionatıdır. Burda güclü güləşçilər iştirak edirlər. Əsas rəqiblər isə Asiya qitəsindən idi. Çox çətin oldu. Final və 1/4 finaldakı görüşümü qeyd edə bilərəm. Belə alındı ki, baş məşqçimiz Fərid Mansurova dünya çempionatında ilk “qızılı” mən verdim. İnşallah, ona ilk olimpiya “qızılı”nı da mən verərəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]