HƏŞTƏRXANDA VƏ XABAROVSKDA SİNAQOQLARI YANDIRMAQ İSTƏMİŞLƏR
AZƏRTAC-ın İTAR-TASS-dan aldığı xəbərə görə, sentyabrın 22-də gecə Həştərxanda naməlum şəxslər sinaqoqu yandırmağa cəhd göstərmişlər. Bu məqsədlə ibadətgahın qapısına içində yandırıcı maddə olan butulka atılmışdır. Bunu görən qarovulçu alovu dərhal söndürə bilmişdir. Xabarovskda isə dörd cinayətkar sinaqoqun pəncərələrini və şüşə qapısını sındırmışdır. Hüquq mühafizə orqanlarının məlumatına görə, sinaqoqa basqından məqsəd onu yandırmaq imiş. Onlar bildirmişlər ki, bu, son bir neçə ayda ikinci belə hadisədir. Bundan əvvəl naməlum şəxslər sinaqoqa “Molotov kokteyli” – içində yandırıcı maddə olan butulka atmışdılar.
Hər iki hadisə ilə əlaqədar cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]