HƏYAT YOLDAŞINI QƏTLƏ YETİRMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Abşeron rayonunun Xırdalan qəsəbəsində ağır qətl hadisəsi baş vermişdir. Qəsəbə sakini Asif Nurəliyev ailə münaqişəsi zəminində həyat yoldaşı Zeynəbi bıçaqla öldürmüşdür.
Faktla bağlı cinayət işi açılmış, araşdırma aparılır.