Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV ADINA BAKI NEFT EMALI ZAVODUNUNDİREKTORU RÖVNƏQ ABDULLAYEVİN ÇIXIŞI

- Zati aliləri cənab Prezident!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Bu gün yarıməsrlik tarixi olan Heydər Əliyev adına Bakı neft emalı zavodu kollektivinin həyatında ən əlamətdar və unudulmaz günlərdən biridir. Ümummilli liderimiz möhtərəm Heydər Əliyevin siyasi və iqtisadi xəttini, idarəçilik ənənələrini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyev müəssisəmizdə, bizimlə bir yerdədir. Biz möhtərəm Prezidentimizin neft emalçılarının qonağı olmasından sonsuz iftixar və fərəh duyuruq.

Möhtərəm cənab Prezident!

Öncə qeyd edim ki, 1970-ci illərdən başlayaraq zavodda yeni qurğuların tikilməsi, müasir texnologiyanın tətbiq edilməsi nəticəsində müxtəlif növ neft məhsullarının istehsalı məhz ümummilli liderimiz Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində mümkün olmuşdur. O dövrdə dünyanın ən qabaqcıl texnologiyasının təcəssümü olan ELOU-AVT-6, katalitik riforminq qurğularının respublikada tikilməsi ideyası məhz Heydər Əliyevə məxsus idi. Azərbaycana rəhbərlik etdiyi gündən qurub-yaradan, tikib-ucaldan, millətinin, xalqının yolunda ürəyini məşələ döndərən müdrik rəhbər özünün uzaqgörən, qətiyyətli və cəsarətli addımları ilə ölkəmizin iqtisadiyyatının tərəqqisinə çalışmış və buna ardıcıl surətdə nail olmuşdur.

Öz tarixi missiyasını xalqına ləyaqətlə xidmətdə görən Heydər Əliyev 1970-ci illərin başlanğıcında “Azərbaycan neft emalı sənayesinin yenidən qurulmasının baş planı”nın Moskva tərəfindən təsdiq edilməsinə nail oldu. Artıq 1976-cı ildə həmin proqram üzrə Bakıda ildə 6 milyon ton neft emal edən ELOU –AVT-6 kompleksinin cəmi iki ilə tikilib istismara verilməsinə nail oldu.

Əbədi rəhbərimiz qazanılan uğurlarla kifayətlənməyərək, respublikada daha müasir və məhsuldar istehsal komplekslərinin tikilməsi üçün əlindən gələni edirdi. Elə 1980-ci ildə qurğuşunsuz, yüksək oktanlı avtomobil benzini üçün əsas komponent istehsal edən katalitik riforminq qurğusunun istismara buraxılması da Heydər Əliyevin misilsiz xidmətlərinin təzahürlərindən biridir. Həmin dövrdə Moskva bu kompleksi Rusiyanın neftayırma zavodlarının birində inşa etməyi planlaşdırmışdı. Lakin Heydər Əliyevin işə qarışması, Azərbaycan rəhbərinin böyük nüfuzu sayəsində SSRİ neft emalı sənayesi tarixində ilk yeniləşdirilmiş katalitik riforminq qurğusu məhz bu zavodda istismara buraxıldı.

1980-ci illərdə keçmiş ittifaq dövlətinin rəhbərlərindən biri kimi Moskvada çalışdığı dövrdə Heydər Əliyev neft emalı sənayesinə diqqət və qayğısını zərrə qədər azaltmır, əlverişli məqamlardan öz xalqının gələcəyi üçün məharətlə istifadə edirdi. O vaxt ölkədə analoqu olmayan nəhəng koks istehsalı kompleksinin, daha sonra isə katalitik krekinq kompleksinin tikintisi bilavasitə bu dahi insanın adı və gərgin fəaliyyəti ilə bağlıdır. Bir sözlə, Azərbaycanın bugünkü iqtisadi potensialı, onun qüdrətli neft sənayesi Heydər Əliyev uzaqgörənliyinin, onun gərgin fəaliyyətinin real bəhrəsidir.

Hakimiyyət olimpinə yenidən qayıtdıqdan sonra müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin sənaye müəssisələri arasında birincilər sırasında – 1994-cü ildə zavodumuza gəlişi böyük tarixi hadisə idi. Heydər Əliyev həmin görüşdə kollektivin fəaliyyətini istehsal potensialının artırılmasına, məhsulların keyfiyyətinin dünya standartları səviyyəsinə çatdırılmasına, neftayıranların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldən tövsiyə və göstərişlər vermişdir. Məhz, öndərimizin müəssisəmizə həmin gəlişindən sonra zavodda xüsusilə əhəmiyyətli yeniliklər geniş vüsət almışdır. Yeni texnologiyanın tətbiqi, təzə qurğuların tikilməsi və köhnələrin modernizə olunması, 1970-ci illərin əvvəllərində başlanğıcı Heydər Əliyev tərəfindən qoyulmuş neft emalı sənayesi müəssisələrinin yenidən qurulması işi davam etdirilməyə başladı. Amerika Birləşmiş Ştatlarının “Merikem Korporeyşn” firmasının “Merikem” və “Merikon” qurğuları, “Honeywell” firmasının TDS–3000 avtomatik idarəetmə sistemi, 3 yerdə dəmir yolu sisternlərinə neft məhsulları yükləmə estakadaları, qazoholder qurğusu məhz həmin vaxtdan sonra tikilmiş, bioloji təmizləmə qurğularında isə aerasiya sistemi yenidən qurularaq, zavoddan çirkab suların Xəzər dənizinə axıdılmasının qarşısı tamamilə alınmışdır.

Öndərimizin tövsiyə və göstərişlərinə layiqincə əməl edən kollektivimiz istehsalın sürətini də ilbəil artıraraq, illik tapşırıqları artıqlaması ilə yerinə yetirmişdir. Təkcə 2003-cü ildə zavodda 3192 min ton xam neft, 175 min ton kənardan alınmış ilkin mazut emal edilmiş, illik plana 101,1 faiz əməl olunmuşdur. Ötən il neft və neft məhsulları itksinin həcmi 15 min tondan artıq azalmış, təkrar emal proseslərindən daha səmərəli istifadə olunaraq, son 15 ildə ilk dəfə neft emalının dərinlik göstəricisi 61 faizə çatdırılmışdır. Əvvəllər “Azərneftyağ” neft emalı zavodundan elektrik enerjisi istehsalı üçün verilən soba mazutunun 175 min tonu ilk dəfə olaraq, 2003-cü ilin dördüncü rübündə zavodumuzda təkrar emal edilmişdir. Nəticədə daha qiymətli məhsullar istehsalı hesabına 26 milyard manat əlavə gəlir əldə olunmuşdur.

Möhtərəm cənab Prezident!

Əldə olunmuş yüksək iqtisadi göstəricilər müəssisəmizin texniki cəhətdən inkişafına da imkan yaratmışdır. 2003-cü ilin ikinci yarısından etibarən, istehsal olunan dizel yanacağının keyfiyyət və resurslarını artırmaq məqsədi ilə daxili imkanlar hesabına katalitik krekinq kompleksində dizel yanacağı, krekinqin yüngül və kokslaşma qazoylların hidrogenlə təmizlənməsi üçün nəzərdə tutulmuş hidrotəmizləmə qurğusunun tikintisi artıq başa çatmışdır.

Demək olar ki, qurğu istismara tam hazırdır. Məlumat üçün bildirmək istəyirəm ki, bu qurğunun istismarı Avropa standartlarında 2005-ci ildən sonrakı dövr üçün nəzərdə tutulmuş keyfiyyət tələblərinə tam cavab verən dizel yanacağı istehsalına imkan yaradacaqdır ki, bu da, təkcə 2004-cü ildə 46 milyard manat mənfəət əldə etmək deməkdir.

Möhtərəm cənab Prezident!

Sizin – Heydər Əliyevin layiqli davamçısının həmin qurğunun təntənəli açılış mərasimində şəxsən iştirakınız bizim kollektiv ücün çox şərəfli və fərəhləndirici hadisədir.

Cənab Prezident!

Ümummilli liderimizin ölkəmizdə beynəlxalq standartlara cavab verən məhsul istehsalına və iqtisadiyyatımızın dünyaya, xüsusən də Qərbə inteqrasiya olunması haqqında verdiyi tövsiyələri həyata keçirmək istiqamətində də bir sıra işlər görmüşük. İşimizin davamlı menecment fəlsəfəsinə uyğun qurulması, buraxılan məhsulların, texnoloji proseslərin və işçi heyətinin təkmilləşdirilməsi artıq öz bəhrəsini vermişdir. Bildirmək istəyirəm ki, respublikada və MDB məkanında ilk dəfə olaraq, ötən il bizim zavod eyni vaxtda keyfiyyət üzrə İSO-9001, ekologiya üzrə İSO-14001 və təhlükəsizlik sistemləri üzrə TS-18001 beynəlxalq standartların sertifikatının hər üçünün tətbiqinə və alınmasına nail olmuşdur. Ötən ilin nəticələrindən fərəhlənən zavodun kollektivi bu ili də uğurla başlamışdır. Birinci rübün texniki-iqtisadi göstəriciləri və aparılmış keyfiyyətli təmir işləri bu gün Sizin qarşınızda bəyan etməyə əsas verir ki, biz 2004-cü ildə daha yüksək nəticələr əldə edəcəyik.

Möhtərəm cənab Prezident!

Sizin hökumət üzvləri ilə keçirdiyiniz birinci iclasda “İlk növbədə, insanlara böyük diqqətlə yanaşmaq lazımdır... Onlar bizə bu etimadı göstəriblər və biz də bu etimadı doğrultmalıyıq” tapşırığınız bizim hər birimizdən insanların problemlərinə, onların sosial-məişət şəraitinə xüsusi qayğı ilə yanaşmağı tələb edir. Zavodumuzun ötən illərdəki iqtisadi nailiyyətləri əməkçilərin sosial problemlərinin həlli üçün də şərait yaratmışdır. İşçilərin orta əmək haqqı 600 min manata çatdırılmış, iş- məişət şəraiti xeyli yaxşılaşmış, onlar gündə bir dəfə nahar yeməyi ilə təmin edilmiş, istirahət vaxtlarını səmərəli keçirmələri təşkil olunmuşdur. Ötən il inşa edilmiş 48 mənzilli yaşayış binası mənzil növbəsində olan zavod işçilərinə paylanmışdır. Hazırda 17 mərtəbəli yaşayış binasında tikinti işləri başa çatmaqdadır.

Zavodumuzun Pirşağı istirahət zonasında və Mərdəkandakı düşərgədə müvəqqəti məskunlaşmış və himayəyə götürdüyümüz 639 nəfər məcburi köçkünə, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş işçilərimizin ailə üzvlərinə, habelə işləməyən müharibə əlillərinə daim diqqət və qayğı göstərilir.

Cənab Prezident!

Bu gün böyük Heydər Əliyevin adını daşıyan zavodumuzda 2790 işçi çalışır. Onlardan 811 nəfəri ali təhsilli, 20 nəfəri elmlər namizədi və 1 nəfəri elmlər doktorudur. İşçilərimizin 50 faizi 20 ildən çoxdur ki, bu müəssisədə çalışır. Müəssisəmizdə qazanılmış bütün nailiyyətlərə görə o böyük tarixi şəxsiyyətə, müdrik rəhbərə, dahi insana, neftçilərin dostu və qayğıkeş atası Heydər Əliyevə minnətdarıq. Kollektivimizin hər bir üzvü bunu dərk edir. Odur ki, öndərimizin adının zavoda verilməsini çox təkidlə xahiş etdilər. Onlar çox yaxşı xatırlayırlar ki, Heydər Əliyev zavodu heç vaxt yaddan çıxartmır, kollektivdən qayğı və diqqətini əsirgəmirdi. Ötən il zavodun istifadəyə verilməsinin 50 illik yubileyi ərəfəsində bu bir daha təsdiq olundu. Heydər Əliyev hətta müalicədə olduğu vaxtda da kollektivə təbrik məktubu göndərmiş, əməkdə xüsusilə fərqlənən 5 işçimizi “Şöhrət” ordeni, 26 nəfəri isə “Tərəqqi” medalı ilə təltif etmişdir. Yubiley ərəfəsində kollektivimiz üçün bundan böyük hədiyyə ola bilməzdi. Bu, ulu öndərimizin zavodumuza xüsusi qayğısının daha bir təzahürü idi.

Möhtərəm cənab Prezident!

Heydər Əliyev əksər hallarda elmin, texnikanın və neft emalı sahəsində dünyanın ən yeni texnologiyalarının keçmiş ittifaq miqyasında ilk dəfə bu zavodda tətbiqinə nail olurdu. Heydər Əliyev kollektivimizin əksər üzvlərini şəxsən tanıyırdı. Bu bir həqiqətdir ki, o, 20 dəfədən çox zavodumuzda olmuşdur. Kollektivimizin üzvləri rəhbərlə görüşlərini bu gün də yaxşı xatırlayırlar. Zavodumuzda elə bir sahə yoxdur ki, Heydər Əliyev orada olmasın. Heydər Əliyev bu zavodun yenidən qurulmasının şəriksiz səbəbkarıdır. Biz çox fəxr edirik ki, bu gün o dahi şəxsiyyətin adını daşımaq kimi böyük şərəf bizim kollektivə nəsib olmuşdur.

Biz o dahi rəhbərin ruhu qarşısında söz veririk ki, öndərimizin böyük zəhməti bahasına bu zavodda ucaltdığı qurğuları, müəssisəni Sizin rəhbərliyiniz altında Heydər Əliyevin adına layiq səviyyədə daha da inkişaf etdirəcəyik. Zavod kollektivinin yekdil fikrini ifadə edərək bildirirəm ki, biz Heydər Əliyevin adını şərəflə daşıyacağıq!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır