HEYDƏR ƏLİYEV ADINA CEYHAN TERMİNALINDA NEFTAYIRMA ZAVODU İNŞA EDİLƏCƏKDİR
“Çalık Enerji” və Hindistanın “Oil Corporation” şirkətləri tikintidə iştirak üçün Türkiyə Enerji Bazarının Tənzimlənməsi Təşkilatına müraciət etmişlər. Zavodda Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə hər gün nəql olunan 1 milyon barrel neftin bir hissəsinin, habelə Kərkük neftinin emal ediləcəyi planlaşdırılır. Müəssisənin gündəlik emal gücü 300 min barrel nəzərdə tutulmuşdur. Zavodun məhsulunun bir hissəsi daxili bazara yönəldiləcək, qalanı isə ixrac olunacaqdır.
“Çalık Enerji”nin prezidenti Ərdal Çelik Türkiyədə neft məhsullarına tələbatın ödənilməsi baxımından zavodun böyük əhəmiyyət daşıyacağını, gələcəkdə Qara dənizdən çəkiləcək Samsun-Ceyhan kəməri ilə nəql olunacaq xam neftin neftayırma zavodlarına tələbatı artıracağını söyləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:49]
Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub
- 15.10.2026 [13:42]
Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib
- 15.10.2026 [13:24]