Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev ideyalarının təntənəsi: şanlı Zəfərdən yeni zirvələrə

YAP Mərkəzi Aparatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı, 22 dekabr, AZƏRTAC

Dekabrın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyalarının təntənəsi: şanlı Zəfərdən yeni zirvələrə” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Ümummilli Liderin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş 2023-cü il Azərbaycan xalqının və dövlətinin tarixinə müstəsna əhəmiyyət daşıyan bir dövr kimi həkk olunub: “Ulu Öndərin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə mühüm nailiyyətlər qazanılmış, Azərbaycanın iqtisadi və siyasi imkanları genişlənmiş, qlobal arenada mövqeyi daha da möhkəmlənmişdir. 2020-ci ildə əldə edilmiş möhtəşəm Qələbə ilə qaytardığımız bütün torpaqlarımızda suverenliyimiz də tam bərpa olunmuş, Azərbaycan bayrağı digər ərazilərdə olduğu kimi Xankəndidə də ucaldılmışdır. Beləliklə, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm uğurlar qazanaraq dövlətimizin və xalqımızın qarşısında duran ən ümdə vəzifəni də yerinə yetirmiş - ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin edilmişdir”.

Tahir Budaqovun sözlərinə görə, Heydər Əliyev yolunun Müzəffər davamçısı kimi Prezident İlham Əliyevin sosial-iqtisadi tərəqqiyə, ölkəmizin hərbi gücünün və müdafiə qabiliyyətinin yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin güclənməsinə, milli həmrəyliyin möhkəmlənməsinə yönəldilmiş uzaqgörən siyasəti Azərbaycanın haqq işinin Zəfərlə yekunlaşmasında - tarixi ədalətin bərpasında həlledici rol oynayıb. Artıq Ümummilli Liderin ideyalarının təntənəsinin təzahürü olan müasir, qalib və qüdrətli Azərbaycan şanlı Zəfərdən yeni zirvələrə doğru inamla irəliləməkdədir.

YAP Mərkəzi Aparatının rəhbəri söyləyib ki, bu gün Azərbaycanın gücünü müəyyən edən əsas strateji amil Prezident İlham Əliyevin tarixi ənənələri, milli dəyərləri, əxlaqi-mənəvi normaları daim üstün tutan, eyni zamanda, mütərəqqi çağdaş reallıqlara hər zaman açıq olan Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyevin zəngin irsindən bəhrələnərək onun siyasətini keyfiyyətcə yeni müstəvidə uğurla davam etdirməsidir.

Çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində müxtəlif sahələrdə, fərqli mövzularda tədbirlər keçirilir: “Azərbaycanda müasir bazar prinsiplərinə uyğun iqtisadiyyatın və sahibkarlığın inkişafı məhz Ümummilli Liderin adı ilə bağlıdır. Ümummilli Lider biznes nümayəndələri ilə daim sıx təmasda olur, onların qayğıları ilə müntəzəm maraqlanır, tövsiyə və məsləhətlərini verirdi. Təsadüfi deyil ki, 25 Aprel - Sahibkarlar Günü Ulu Öndərin yerli sahibkarlarla 2002-ci ildə keçirdiyi tarixi görüşün əsasında təsis edilib”.

KOBİA-nın İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, ölkəmizdə özəl sektorun dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir: “Prezident İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqətin nümunəsi olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. KOBİA-nın fəaliyyəti məhz sahibkarlıq sahəsində müasir dövrün çağırışlarına uyğun yeni təşkilati modellərin yaradılmasına və sahibkarlığın təşviqinə yönəldilib. Nəzərə alsaq ki, ölkəmizdə fəaliyyət göstərən biznes subyektlərinin 99,6 faizini KOB subyektləri təşkil edir, o zaman qeyd edə bilərik ki, ölkənin dayanıqlı inkişafı kiçik və orta biznesin inkişaf səviyyəsi ilə sıx bağlıdır. KOB subyektlərinin yeni bölgüsü meyarlarının tətbiq edildiyi, eləcə də KOBİA-nın fəaliyyətə başladığı 2018-ci ildən ötən 5 il ərzində KOB subyektlərinin sayı 54 faizdən çox artaraq 378 minə yaxınlaşıb. Bu dövr ərzində KOB-ların qeyri-neft ÜDM-də payı 23,5 faizdən 27,2 faizə, onlar tərəfindən yaradılmış əlavə dəyərin həcmi isə təqribən 2 dəfəyədək artaraq 9,8 milyard manatdan 17,2 milyard manata çatıb”.

Onun sözlərinə görə, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Qələbə, Qarabağ bölgəsinin işğaldan azad edilməsi və konstitusiya quruluşunun ölkəmizin bütün ərazisində bərpa edilməsi də bizneslərin inkişafı üçün əlavə mənbələr açmış oldu. KOBİA mandatı çərçivəsində və dövlətin siyasətinə uyğun olaraq bizneslərin Qarabağa qayıtması məqsədilə zəruri işlər həyata keçirir və qarşıdakı illərdə də prioritet istiqamətlərdən biri kimi bu sahədə fəaliyyəti davam etdirəcək.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlər göstərdiyini deyib: “Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi Lideri olub. Biz müstəqil ölkənin vətəndaşı olaraq çox çətin yollardan keçmişik. Bu müstəqilliyin qorunması və möhkəmlənməsi Ümummilli Liderin xidmətləri sayəsində mümkün olub. Heydər Əliyev ölkəmizin müstəqilliyini qorumaqla yanaşı, inkişafı naminə çox mühüm işlər görüb. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı həm yaradan, həm möhkəmləndirən, dünyada tanıdan, həm də gələcəyə doğru uğurla aparan şəxsiyyət idi. O, özündə bütün keyfiyyətləri birləşdirmişdi”.

Dilarə Seyidzadə qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev çətin anlarda xalqına dayaq oldu. O, bütün ömrünü Azərbaycana, Azərbaycan xalqına həsr edib. Bütün bunlar gənc nəsil üçün həm dövlətçilik ənənələrini dərk etmək, həm də üzərlərinə düşən məsuliyyəti anlamaq baxımından bir nümunədir. Ulu Öndərin torpaq, Vətən sevgisi böyük idi. “Mən “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarımızın işğaldan azad olunmasını xüsusi vurğulamaq istəyirəm. O yumruqda xalqımızın birliyini görürəm. Bu, milli birlikdir, Heydər Əliyevin arzusunun reallıqda təsdiqidir. 44 gündə Azərbaycan bütün dünyaya göstərdi ki, qalib ölkədir. Bu, Heydər Əliyev siyasətinin bəhrəsidir. O, xalqını, dövlətini elə böyük məhəbbətlə sevirdi ki, Azərbaycana İlham Əliyev kimi dövlətini, xalqını sevən Lideri bəxş etdi. İlham Əliyevin həyata keçirdiyi siyasətə hansı töhfəni verə bilərik, bu barədə hər kəs düşünməlidir. Onda Azərbaycanın gələcəyi hər zaman parlaq, firavan olacaq. Heydər Əliyev bildirirdi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunması, daimi, əbədi olması bundan da çətindir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinin miqyasına diqqət yetirin. Hər birimiz bu işə dəstək olmalıyıq. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan bütün sahələrdə inkişaf edir. Ərazi bütövlüyümüzün təmin olunması, işğala son qoyularaq azad edilmiş torpaqlarımızın cənnətə çevrilməsi üçün görülən işlər Heydər Əliyev siyasətinin təntənəsidir”, - deyə YAP Veteranlar Şurasının üzvü vurğulayıb.

“Azərbaycan Bayrağı” ordenli şəhid Nurlan Mustafayevin anası Rəhilə Ramazanova bildirib ki, Heydər Əliyev Azərbaycanın xilaskarı, memarı və qurucusudur: “Heydər Əliyev dünənimizdə, bu günümüzdə, sabahımızdadır. Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində misilsiz rolu olan, xalqımızın milli qürur mənbəyinə çevrilən bir liderdir. Heydər Əliyev ideyaları əbədiyyətə qədər Azərbaycana yol göstərəcək. Bu gün Azərbaycan Ulu Öndərin böyük uzaqgörənliklə istiqamətləndirdiyi və mayak kimi işıqlandırdığı yolla gələcəyə inamlı addımlarla irəliləyir. Bu gün Azərbaycanın daxili və xarici siyasəti Heydər Əliyevin müdrik ideyaları əsasında, Heydər Əliyev dəst-xəti ilə yürüdülür. Heydər Əliyevin zaman baxımından reallaşdıra bilmədiyi bircə arzusu qalmışdı. O, Azərbaycanı bütöv, Qarabağı azad görmək istəyirdi. Ulu Öndər bu arzusunun reallaşmasını da daim arxalandığı xalqının dəstəyi ilə özü qədər inandığı İlham Əliyevə vəsiyyət etdi. Bu böyük məsələnin çözümü də böyük müdriklik, böyük uzaqgörənlik, böyük əzm və qətiyyət tələb edirdi. Nəyi, nə vaxt və necə edəcəyini yaxşı bilən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin sentyabrında bir çağırışı ilə bütün xalqı və ordunu ayağa qaldırdı. Rəhbər-xalq-ordu birliyi cəmi 44 gün ərzində böyük Zəfərə imza atdı”.

Çıxış edən Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev bildirib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu: “Ulu Öndərin orduda vahid komandanlığın təmin edilməsi sahəsində gördüyü məqsədyönlü tədbirlər nəticəsində nizami ordu formalaşdırıldı. Mərkəzləşmiş maddi-texniki təminat işində uğurlu addımlar atıldı, müxtəlif qoşun növlərinin formalaşması başa çatdırıldı, orduya çağırış işi təkmilləşdirildi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi”.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir