“Heydər Əliyev İli” ilə əlaqədar MBBİ-də silsilə tədbirlər keçiriləcək
Bakı, 9 fevral, AZƏRTAC
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Elmi şurasının 2023-cü ildə ilk iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə şura üzvləri fevralın 6-da Türkiyədə baş verən təbii fəlakət nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İclasda 2023-cü ildə institutda yerinə yetiriləcək elmi-tədqiqat işlərinin əhatəli planının geniş müzakirəsi aparılıb və yekdilliklə qəbul olunub.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova ölkə rəhbərinin “Heydər Əliyev İli” ilə əlaqədar Sərəncamı haqqında şura üzvlərini məlumatlandıraraq, institutda silsilə tədbirlərin keçirilməsi barədə tapşırıq verib.
Daha sonra “Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əsərləri” jurnalının 2023-cü ildə VII cildinin I nömrəsinə məqalə qəbulu və digər məsələlər müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
- 05.06.2026 [17:17]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
- 05.06.2026 [16:14]