“HEYDƏR ƏLİYEV: LİDER, SİYASƏTÇİ, DOST” KİTABI ÇAP OLUNMUŞDUR
Azərbaycanın dahi oğlu, görkəmli siyasi xadim və tarixi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitabda ulu öndərin müasir Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətləri əksini tapmışdır. Ümummilli liderimiz Heydər Əliyev xalqımızın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdaraq, Azərbaycanı faciə və müsibətlərdən xilas etmiş, milyonlarla vətəndaşımıza şərəf və ləyaqətini qaytarmış, dünya sivilizasiyası tarixində silinməz iz qoymuşdur. Dünyanın ən qüdrətli dövlətlərinin başçıları onunla hesablaşmışlar. Kitabda dahi siyasi xadim Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri tutarlı faktlarla əks olunmuşdur. Burada ABŞ, Rusiya, Almaniya, Türkiyə, Fransa, Böyük Britaniya və dünyanın digər aparıcı ölkələri rəhbərlərinin dahi şəxsiyyət Heydər Əliyev haqqında ürək sözləri də verilmişdir.
On bir fəsildən ibarət və fotoşəkillərlə zəngin olan kitabın elmi redaktoru professor Həsən Quliyevdir.