Heydər Əliyev Mərkəzində “Caz Günü”
Bakı, 6 aprel, AZƏRTAC
Mayın 4-də Heydər Əliyev Mərkəzində “Caz Günü” olacaq.
AZƏRTAC xəbər verir ki, həmin gün Heydər Əliyev Mərkəzinin Auditorium zalının səhnəsinə əvvəlcə trio - tanınmış pianoçu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev (piano), Ruslan Hüseynov (bas gitara) və Elvin Bəşirov (zərb aləti) çıxacaqlar.
Konsertin davamında trionun müşayiəti ilə Xalq artistləri Ənvər Sadıqov (qarmon),Tünzalə Ağayeva (vokal), Əməkdar artistlər Ceyla Seyidova (skripka), Sevda Ələkbərzadə (vokal), həmçinin Elnur Mikayılovun (kamança) ifasında caz kompozisiyaları təqdim olunacaq.
Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:03]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [17:18]
Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi
- 07.10.2026 [17:07]