ELM VƏ TƏHSİL
“Heydər Əliyev və azərbaycançılıq ideologiyasının daha dərindən öyrənilməsi” - seminar



Bakı, 27 sentyabr, AZƏRTAC
Şəki Dövlət Regional Kollecində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və azərbaycançılıq ideologiyasının daha dərindən öyrənilməsi” mövzusunda seminar keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, seminarda Şəki Dövlət Regional Kollecin metodisti Pərviz Zeynalovun “Heydər Əliyev və Azərbaycan dövlətçilik ənənələrinin inkişafı” mövzusunda məruzəsi dinlənilib. P.Zeynalov Ümummilli Liderin dövlətçilik ənənələrinin təməlində azərbaycançılıq məfkurəsinin dayandığını, milli ruhun yüksəldilməsi, milli özünüdərkin inkişaf etdirilməsi, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental siyasi məsələlərin milli ideologiyaya xidmət etdiyini vurğulayıb.
Seminarda, həmçinin ŞREM-in Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin rəhbəri İradə Yusifovanın “Müasir Azərbaycanın inkişafında gənclərin rolu”, elmi işçi Təranə Abdullayevanın “Heydər Əliyevin azərbaycançılıq ideologiyası mərasim folklorunda”, kiçik elmi işçi, ŞREM-in Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tural Adışirinovun “Heydər Əliyevin klassik irsə münasibəti” mövzusunda məruzələri dinlənilib.