Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Heydər Əliyev və Azərbaycanın vergi sistemi: Yeni çağırışlara doğru” mövzusunda konfrans keçirilib

Bakı, 10 fevral, AZƏRTAC

Fevralın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: Yeni çağırışlara doğru” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə İqtisadiyyat Nazirliyinin və nazirlik yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi, Milli Məclisin deputatları, dövlət qurumlarının, ali təhsil müəssisələrinin, ictimai birliklərin nümayəndələri, iş adamları və media təmsilçiləri iştirak ediblər.

Konfransın açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Ulu Öndər haqqında film nümayiş etdirilib.

Tədbirdə Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin təklifi ilə Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransda çıxış edən DVX rəisi Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlara nəzər salıb. Bildirib ki, məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın milli inkişaf strategiyasının ən mühüm komponentlərindən biri - güclü milli iqtisadiyyatın qurulması istiqamətində böyük uğurlar əldə edilib. O cümlədən Azərbaycanın müasir vergi sisteminin fundamental əsasları da Ümummilli Liderin birbaşa təşəbbüsü və iştirakı ilə qurulub. Vergi sahəsində vahid qanunvericilik bazasının yaradılması, vergi administrasiyasının modernləşdirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi nəticəsində vergi siyasətinin güclü və səmərəli mexanizmləri formalaşdırılıb.

O.Nəzərli sonrakı dövrdə məhz bu konseptual yanaşmanın dövlətimizin başçısı İlham Əliyev tərəfindən inkişaf etdirilməsi nəticəsində vergi siyasətinin təkcə büdcə gəlirlərini təmin etməyi nəzərdə tutan fiskal məqsədlərə deyil, eyni zamanda, ölkədə iqtisadi inkişafı sürətləndirmək, optimal vergitutma mexanizmləri ilə əlverişli investisiya mühiti yaratmaq, sahibkarlığın inkişafını stimullaşdırmaq kimi məqsədlərə xidmət etməyə başladığını diqqətə çatdırıb.

2022-ci ilin göstəricilərini şərh edən DVX rəisi bildirib ki, dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, vergiödəyicilərinə xidmətlər çeşidinin və biznesin fəaliyyətinə effektiv vergi nəzarətinin qurulmasında rəqəmsallaşmanın genişləndirilməsi vergi orqanlarının fəaliyyətinin başlıca prioritetləridir. Dövlət Vergi Xidmətinin öz üzərinə düşən fiskal öhdəliklərin icrasını təmin etdiyini vurğulayan O.Nəzərli 2022-ci ildə ilk dəfə dövlət büdcəsinə 15,5 milyard manat həcmində vergi daxilolmasının təmin edildiyini və bunun 2021-ci illə müqayisədə 82,2 faiz çox olduğunu bildirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxışında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə milli iqtisadiyyatın inkişafı istiqamətində aparılan islahatlar, büdcə-vergi qanunvericiliyinin formalaşdırılması və təkmilləşdirilməsi, vergi siyasəti qarşısında duran hədəflər barədə danışıb.

Komitə sədri qeyd edib ki, vergi yığımlarının artmasının səbəblərindən biri də vətəndaşın dövlətə olan inamıdır. Bu inamın əsasında isə dövlət başçısının apardığı siyasət dayanır. İqtisadiyyatın rəqəmsallaşdırılmasının vergi bazasının müəyyən edilməsi yolunda müsbət nəticələrini qeyd edən T.Mirkişili ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin dəstəklənməsi, iqtisadi idarəetmənin və vergi inzibatçılığının yeni çağırışlara uyğun təkmilləşdirilməsini vurğulayıb.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Ulu Öndər Heydər Əliyevin ölkənin iqtisadi tərəqqisi və sahibkarlıq mühitinin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb: “Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik”, - tezisi ilə vergi siyasətinin milli iqtisadi strategiyanın mühüm tərkib hissəsi kimi aparıcı rolunu qeyd edən Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin vergi sisteminin formalaşmasının təşəbbüskarı və banisidir”.

M.Cabbarov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli vergi sistemi son 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə əsaslı yeniləşdirmə prosesi keçib, maddi-texniki bazası genişləndirilib, vergi inzibatçılığı texnoloji cəhətdən əsaslı surətdə yenidən qurulub.

2022-ci ildə neft və qazın qiymətlərinin müsbət dinamikasının yüksək səviyyəsinə baxmayaraq, dövlət büdcəsinin gəlirlərinin 50 faizinin qeyri-neft-qaz sektoru hesabına formalaşdığını qeyd edən nazir büdcə gəlirlərinin artmasında və əldə olunan uğurlarda vergi orqanlarının əhəmiyyətli roluna diqqət çəkib. Ölkədə iqtisadi artımın təmin edilməsi prosesində vergi sisteminin tənzimləyici funksiyalarının mühüm rol oynadığını bildirən M.Cabbarov qarşıdakı dövrdə vergi siyasətinin əsas hədəflərini açıqlayıb. O, bu hədəflərin, ilk növbədə, iqtisadi təşviq əsasında reallaşdırılacağını vurğulayıb: “Biz bunu işğaldan azad edilmiş ərazilərin nümunəsində görürük. Bildiyiniz kimi, bu ilin əvvəlindən Prezident İlham Əliyevin tapşırıq və təşəbbüsünə əsasən, vergi, sosial müdafiə, gömrük qanunvericiliyi sahəsində çox geniş təşviqlər qəbul edilib”.

Nazir qeyd edib ki, vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsi mühüm istiqamətdir. Xüsusilə, son aylar ərzində Dövlət Vergi Xidməti ilə Dövlət Gömrük Komitəsi arasında əməkdaşlığın sinxronlaşdırılması qeyd edilməlidir. Bu, faktiki olaraq, vergiödəyiciləri üçün eyni yanaşmaların tətbiqinin təmin edilməsinə imkan verib və hər iki qurumun fəaliyyətinin səmərəliliyini artırıb.

Konfrans işini “Heydər Əliyevin müasir vergi sisteminin formalaşdırılmasında rolu və iqtisadi siyasət sahəsində fəaliyyəti”, “Müasir vergi siyasəti: biznes-dövlət münasibətləri və beynəlxalq trendlər” və “İşğaldan azad edilmiş ərazilərin bərpası: vergi siyasəti təşviq aləti kimi” mövzularında sessiyalarla davam etdirib.

“Heydər Əliyevin müasir vergi sisteminin formalaşdırılmasında rolu və iqtisadi siyasət sahəsində fəaliyyəti” mövzusuna həsr edilmiş sessiyada deputat Ziyad Səmədzadə, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Dövlət Vergi Xidməti rəisinin müşaviri Elçin Məmmədov, UNEC-in rektoru Ədalət Muradov və İqtisadi Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hümbətov çıxış ediblər.

“Müasir vergi siyasəti: Biznes-dövlət münasibətləri və beynəlxalq trendlər” mövzusunda keçirilmiş sessiyada Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva və baş idarə rəisi Nicat İmanov, AMCHAM-ın prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyevin çıxışları dinlənilib.

“İşğaldan azad edilmiş ərazilərin bərpası: vergi siyasəti təşviq aləti kimi” mövzusunda təşkil edilmiş sessiyada isə DVX-nin baş idarə rəisi Ələkbər Məmmədov, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Zamin Bədirxanov, deputat Fatma Yıldırım, eləcə də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanovun çıxışlarına yer verilib.

Qeyd olunan mövzularda geniş fikir mübadiləsi aparılıb, sahibkarların sualları ətraflı cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir - ŞƏRH

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib YENİLƏNƏCƏK

Son 9 ayda yol-nəqliyyat hadisələri zamanı 9 velosipedçi ölüb, 8-i yaralanıb – BDYPİ çağırış edib

Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir

Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb

Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir

Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub

Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərinə dair Azərbaycan tarixşünaslığı araşdırılıb

Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər

Hava sabah axşamadək yağıntılı olacaq

“Bavariya”nın sabiq futbolçusu: “Sabah” üçün “Borussiya Dortmund”a qalib gəlmək çətin olacaq – EKSKLÜZİV

Nazir müavini: Elmi araşdırma və təhlillər düzgün qərarların qəbul edilməsində mühüm rol oynayır

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” - Bakıda aktual müzakirə

ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısında və həmin Siyahının “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb

Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub

Finlandiya vətəndaşlıq testi tətbiq edir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

Bakıda NATO-nun təlim kursu keçirilir

Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Azərbaycanın turizm potensialı Polşanın üç şəhərində nümayiş etdirilib

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB VİDEO

Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycan iqtisadiyyatı üçün faydalıdır - ŞƏRH

Azərbaycan regionlararası əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir- ŞƏRH  

İrakli Kobaxidze: Orta Dəhlizə marağın artdığı bir vaxtda dəmir yollarının rolu daha da aktuallaşır

Fərid Qayıbov: Milli-mənəvi dəyərlərə bağlı gənclik cəmiyyətin gələcəyinin təminatçısıdır

® “Kapital Bank” istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Azərbaycan Mərkəzi Asiya ilə vahid geoiqtisadi məkanın formalaşmasında mühüm rol oynayır - ŞƏRH

Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar

Fəlsəfə doktoru: Milli-mənəvi dəyərlər gənclərə izah və müzakirə yolu ilə aşılanmalıdır

Xəzər regionu ölkələrinin alimləri Aktauda dənizin ekoloji problemlərini müzakirə ediblər

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb

Umud Mirzəyev: Azərbaycanın yaratdığı yeni reallıqlar tarixi ədalətin və milli birliyin təntənəsidir

AMADA "Kəpəz" klubunda seminar keçirib

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir

Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur

Əhalinin gəlirləri artıb

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB VİDEO

Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır

Azərbaycanın orta güc kimi yüksəlişi: müstəqil və çoxvektorlu xarici siyasətin rolu

Tərlan Həsənov: Murad Fətiyev 4 yaşından yanımdadır, genetik xüsusiyyətləri ikiqat SSRİ çempionu olan atasından gəlir

Azərbaycanda ÜDM artıb

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

Türkiyənin daxili işlər naziri cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb

NTD amerikalı basketbolçunu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub