HEYDƏR MƏSCİDİNDƏ BAYRAM MƏRASİMİ
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mingəçevirdə ümummilli liderimizin adını daşıyan Heydər məscidində dünya müsəlmanlarının müqəddəs Qurban bayramı münasibətilə mərasim keçirilmiş, dini ayinlər icra olunmuşdur.
Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazısı hacı Xanəli Babayev dindarları mübarək bayram münasibətilə təbrik etmiş, dini-mənəvi dəyərlərimizin qorunmasına göstərilən dövlət qayğısından danışmışdır.
İki mindən çox imkansız və aztəminatlı ailəyə Qurban payı çatdırılmışdır.