İDMAN
Hidayət Heydərov “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb








Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycanın daha bir cüdoçusu Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov finalda moldovalı Petru Pelikana qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Zelim Tçkayev isə həlledici görüşdə Avstraliya təmsilçisi Şamil Borçaşvili ilə qarşılaşacaq.
Qeyd edək ki, "Böyük dəbilqə" turnirində daha əvvəl Azərbaycan cüdoçularından Yaşar Nəcəfov (66 kiloqram) qızıl, Leyla Əliyeva (48 kiloqram) isə gümüş medal əldə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.12.2023 [14:31]
Rüstəm Orucov: Bəzən cüdodan uzaqlaşdığıma görə depressiyaya düşürəm
- 07.12.2023 [13:55]
Mahir Məmmədov: Bu il Azərbaycan şahmatı üçün məhsuldar alındı
- 07.12.2023 [13:09]
Boks üzrə Azərbaycan çempionatında bütün yarımfinalçılar bəlli olub
- 07.12.2023 [12:16]
“Santos”un azarkeşləri klub futbolçusunun maşınını yandırıblar
- 07.12.2023 [12:09]
İdman gimnastikası üzrə “Rektor Kuboku”nun açılış mərasimi olub
- 07.12.2023 [11:54]