HİLLARİ KLİNTON ABŞ PREZİDENTİ VƏZİFƏSİ UĞRUNDA MÜBARİZƏ APARACAQMI?
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, Marist İctimai Rəyi Örənmə İnstitutu tərəfindən aparılmış sorğunun yekunlarına görə, amerikalıların üçdə iki hissəsi bu fikirdədir. Bununla yanaşı, onların yalnız üçdə biri Hillarinin qələbəsinə inanır. Sorğu iştirakçılarının 80 faizi əmindir ki, onun mümkün rəqibi, indiki dövlət katibi Kondoliza Rays da namizdəliyini irəli sürsə, uduzacaqdır.
İnstitutun rəhbəri Marist Li Mirinqoffun fikrincə, indiki halda əsas amil Klintonun və ya Raysın müəyyən siyasi partiyalara mənsubiyyəti deyil, qadın olmalarıdır. Onun sözlərinə görə, ameriakalıların bir çoxu dövlət başçısının qadın olmasına hazır deyildir.
Hillari Klinton prezident kampaniyasına qoşulmaq niyyətində olduğunu hələlik açıqlamamışdır. O demişdir ki, hazırda səylərini Nyu-York ştatından senata təkrar seçkilərə (ilin axırına yaxın keçiriləcək) hazırlığa yönəltmişdir. Rays isə bildirmişdir ki, prezident kampaniyası ilə maraqlanmır.
Buna baxmayaraq, sorğunun yekunlarına görə, Klinton Demokratlar Partiyasından ABŞ prezidentliyinə potensial namizədlər siyahısında liderdir. Sonrakı yerlərdə sabiq vitse-prezident Albert Qor, senatorlar Con Edvards və ötən prezident seçkilərində indki dövlət başçısı Corc Buşa uduzan Con Kerri gəlirlər.
Respublikaçılar Partiyasından prezidentliyə namizədlər arasında Nyu-Yorkun keçmiş meri Rudolf Culiani və senator Con MakKeyn liderdirlər.