HİNDİSTAN PREZİDENTİNİN SARAYI BURAYA GƏLƏNLƏRİN ÜZÜNƏ AÇIQDIR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Hindistan Prezidenti Abdul Kəlam öz sarayının məşhur bağlarının qapılarını buraya gələnlərin üzünə açmışdır. Bir ay ərzində yerli sakinlər və turistlər park sənətinin bu incisinə tamaşa edə biləcəklər. Bağlar orta əsrdə Hindistanda hökmranlıq etmiş Moğollar sülaləsinin şərəfinə adlandırılmışdır. Prezidentin indiki iqamətgahının – Raştrapati Bhavan sarayının ərazisini musiqili fəvvarələr bəzəyir. Ətrafda əkilmiş müxtəlif növ güllər, ətirli otlar, bəstəboy ağaclar, hətta tropiklər üçün nadir bitkilər arasında isə kral maralları və tovuz quşları gəzir. “Cənnət”, “Mavi ay”, “Tac-Mahal” kimi kral güllərinin yetişdirildiyi park buraya gələnlərin gözünü oxşayır. Çin portağalı ağaclarında isə indi yarpaqlardan çox meyvə vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]