HİNDİSTANDA MUZEYDƏN BUDDANIN ÇOX QİYMƏTLİ TUNC TƏSVİRLƏRİ OĞURLANMIŞDIR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, sentyabrın 27-də Hindistan polisi İnterpoldan xahiş etmişdir ki, Buddanın Patna şəhərindəki (Bihar ştatı) bədii muzeydən oğurlanmış 18 ədəd çox qiymətli kiçik heykəlinin axtarışında kömək göstərsin. Şəhər polisindən bildirmişlər ki, cinayətkarlar pəncərədən qalereyaya girərək, Buddanın VIII və IX əsrlərə aid tunc heykəllərini oğurlamışlar. Onlar Hindistan mədəniyyətinin çiçəklənməsi dövrlərindən biri hesab olunan Pala sülaləsinin hökmranlığı dövrünə aiddir.
Oğurluğun baş verdiyi muzey polis məntəqəsinin cəmi bir neçə metrliyindədir. Lakin belə qonşuluq muzey oğrularını dayandırmamışdır. Mütəxəssislərin fikrincə, oğrular heykəlləri fərdi kolleksiyaçılara satmaq üçün Hindistandan çıxarmağa çalışacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]