DÜNYA
“Hizbullah” hərəkatına yeni baş katib təyin olunub
Bakı, 29 oktyabr, AZƏRTAC
Livanda fəaliyyət göstərən “Hizbullah”ın qanunvericilik şurası Naim Qasımı hərəkatın yeni baş katibi seçib.
AZƏRTAC xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir.
1982-ci ildə “Hizbullah”ın qurucularından biri olan Naim Qasım bundan öncə hərəkatın baş katibinin birinci müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, hərəkatın əvvəlki baş katibi Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Livanın paytaxtı Beyruta endirdiyi hava zərbəsi nəticəsində həlak olub. Oktyabrın əvvəlində isə onun varisi Haşim Safiəddin qətlə yetirilib. “Hizbullah” ötən həftə onun və hərəkatın bəzi komandirlərinin ölümünü təsdiqləyib.