HOLLANDİYA İLƏ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Konfederasiyadan AZƏRTAC-a bildirmişlər ki, proqramın məqsədi inkişaf etməkdə olan ölkələrdə yerli şirkətlərin təcrübəsinin az olduğu sahələr üzrə onların inkişafını təmin edə biləcək məsləhətlərin verilməsindən ibarətdir. İndiyədək ASK-nın xətti ilə respublikamıza, təxminən, 50 ekspert dəvət olunmuşdur. Bu ekspertlər dəvət olunduqları şirkətlərlə sıx əməkdaşlıq şəraitində işləyərək onların fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına, xarici şirkətlərlə, o cümlədən Hollandiyanın aparıcı şirkətləri ilə əməkdaşlığın canlandırılmasına, biznes-planların tərtib edilməsinə, investisiyaların cəlb olunmasına və s. kömək edirlər.
Bu günlərdə ekspertlərdən biri-Jan Geraats “Aqua Vita” şirkətinə gəlmişdir. O, şirkətin peşəkar satış komandasının yaradılmasına, müştərilərə göstərilən xidmətlərin təkmilləşdirilməsinə, reklam işinin təşkilinə, müsabiqələrdə iştirakın təmin edilməsinə, məhsulun bazara çıxarılmasına dair məsləhətlər verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]
Masallının iki kəndinin yolları təmir olunub VİDEO
- 29.09.2026 [17:20]