Hondurasda prezident seçkilərində Nəsri Asfura liderlik edir
Bakı, 1 dekabr, AZƏRTAC
İlkin hesablamalara görə, bazar günü Hondurasda keçirilən prezident seçkilərində mühafizəkar namizəd Nəsri Asfura liderlik edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Amerika ölkəsinin seçki orqanı açıqlama yayıb. Bildirilib ki, ümumi səsin 34,25 faizini, yəni 530 min 77 səsi Honduras Milli Partiyasının lideri və ABŞ-ın açıq şəkildə dəstəklədiyi namizəd Asfura toplayıb.
İlkin nəticələrə görə, Liberal Partiyasından Salvador Nasralla 506 min 316 səslə ikinci, hakim Libertad Partiyasından solçu Riksi Monkada 255 min 972 səslə üçüncü yerdədir.
Yekun rəsmi nəticələrin bu gün açıqlanacağı gözlənilir. Seçilmiş prezident vəzifəsinin icrasına 2026-cı il yanvarın 27-dən başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]