Hövsanda narkotik vasitənin qrup halında qəbul edildiyi ev aşkarlanıb VİDEO
Bakı, 22 yanvar, AZƏRTAC
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində Hövsan qəsəbəsində narkotik vasitələrin qrup halında qəbul edildiyi məkan aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir zamanı narkotiklərin istifadəsinə şərait yaradan ev sahibi Malik Dadaşov, həmin ünvanda narkotik vasitələr qəbul edən Turan İbrahimov, Anar İlyasov və daha iki qadın saxlanılıb.
Evə baxış zamanı müxtəlif növ narkotik maddələr və onların prekursorları aşkarlanaraq götürülüb.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.