Hülusi Akar: Türkiyə Prezidenti münasib olan vaxtda suriyalı həmkarı ilə görüşə bilər
Bakı, 30 dekabr, AZƏRTAC
Münasib şərait yaranacağı təqdirdə Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında şəxsi görüş baş tuta bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hülusi Akar NTV telekanalının efirində deyib.
“Əvvəllər kəşfiyyat xidmətləri səviyyəsində danışıqlar aparıldı, sonra biz görüşdük. Ankara təmasların davam etdirilməsinin tərəfdarıdır. Danışıqlar prosesi başa çatdıqdan sonra prezidentlər arasında görüş baş tuta bilər”, - deyə Türkiyənin müdafiə naziri bildirib.
Dekabrın 15-də jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti rusiyalı həmkarına Suriya liderinin iştirakı ilə üçtərəfli görüş keçirməyi təklif etdiyini deyib. Onun sözlərinə görə, sammitdən öncə xüsusi xidmət orqanlarının nümayəndələri, müdafiə və xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]