HUQO ÇAVES CORC BUŞU YENƏ DƏ TƏHQİR ETDİ
AZƏRTAC Frans Press Agentliyinə istinadla xəbər verir ki, Çaves Buşu BMT Baş Məclisinin tribunasından “iblis” adlandırdıqdan bir gün sonra, sentyabrın 21-də Nyu-Yorkun Harlem rayonundakı baptist kilsəsini ziyarət zamanı xoşagəlməz ifadələr yağdırmaqda davam etmişdir.
Çaves, ABŞ xalqına məsləhət verirmiş kimi, bildirmişdir: “Birləşmiş Ştatlar elə bir prezident seçməlidir ki, onunla danışmaq və işləmək mümkün olsun”.
O, Harlem kilsəsinə ABŞ liderinin intellektual sağlamlığı mövzusunda mühazirə oxumaq üçün deyil, Nyu-Yorkun yoxsul ailələrinə Venesueladan ucuz soba yanacağı göndərmək proqramının genişləndirildiyini elan etmək üçün getmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]