I və IV qruplar üzrə imtahanlarda 43 mindən çox abituriyentin iştirakı nəzərdə tutulur
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 3-də IV ixtisas qrupu (o cümlədən I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan) üzrə keçiriləcək imtahanda 14683, iyunun 4-də I ixtisas qrupu üzrə keçiriləcək imtahanda isə 28864 nəfər olmaqla, ümumilikdə 43547 abituriyentin iştirakı nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahanlar respublikanın 18 şəhər və rayonunda təşkil ediləcək.