Azərbaycan Dövlət İnformasiya Agentliyi

İctimaiyyətçilər Levitanın vətənində Njdeyə pərəstiş edilməsinin əleyhinədirlər

Bakı, 24 iyun, AZƏRTAC

Vladimir şəhərinin rəhbərləri Vermaxtın erməni legionunu yaradanlardan birinin boş qəbirinin sökülməsini xahiş ediblər.

AZƏRTAC “Rosbalt.ru” saytına istinadla xəbər verir ki, “Stopfaşizm” vətəndaş təşəbbüsü Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə Parad ərəfəsində Vladimir şəhəri meriyasına müraciət edib. Müraciətdə Vladimir mərkəzi həbsxanasının qəbiristanlığında nasistlərlə əməkdaşlıq etmiş Qaregin Njdenin (Ter-Arutyunyan) boş məzarını oradan götürmək təklif olunur.

Bu təşəbbüs iyunun 19-da “Rosbalt” informasiya agentliyində “Müasir Rusiyada müharibə haqqında xatirə və xatirə müharibələri” mövzusunda onlayn-konfransın yekunlarına əsasən irəli sürülüb. Konfransda RF Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Dmitri Novikov, xarici siyasət və müdafiə siyasəti üzrə şuranın üzvü, ehtiyatda olan Federal Təhlükəsizlik Xidməti general-mayoru Aleksandr Mixaylov, habelə “Stopfaşizm” vətəndaş təşəbbüsünün üzvləri - Moskva hökuməti yanında millətlər məsələləri üzrə şuranın millətlərarası əlaqələrin inkişafı komissiyasının sədri Qalli Monastıryova, İzborski klubunun Vladimir regional bölməsinin sədri Dimitri Saqal, ukraynalı jurnalist və politoloq Vladimir Tsxvediani iştirak ediblər.

Onlayn-konfransda Rusiya ərazisində faşizmin və nasistlərin əlaltılarının qəhrəmanlaşdırılması cəhdlərinin qarşısını almaq üzrə praktiki addımlar nəzərdən keçirilib. Bu məqsədlə 2016-cı ildə Sankt-Peterburqda general Mannergeymin şərəfinə xatirə lövhəsinin və 2019-cu ildə Armavirdə Qarejin Njdenin (Ter-Arutyunyan) xatirə lövhəsinin sökülməsi zamanı ictimaiyyətin cəlb olunması təcrübəsindən istifadə etmək tövsiyə olunub.

Konfrans iştirakçıları Prezident Vladimir Putinin “Böyük Qələbənin 75 illiyi: tarix və gələcək qarşısında ümumi məsuliyyət” sərlövhəli məqaləsində qeyd olunan bir fikri dəstəkləyiblər. Məqalədə deyilir: “Bu gün bizim mövqeyimiz dəyişməz qalır: nasistlərin əlaltılarının cinayətkar əməllərinə bəraət qazandırıla bilməz, belə cinayətlərin müddəti yoxdur. Buna görə də bəzi ölkələrdə nasistlərlə əməkdaşlıq edərək özlərini ləkələmiş insanların birdən-birə İkinci Dünya müharibəsi veteranlarına bərabər tutulması təəccüb doğurur... Nasistlərin əlaltılarının qəhrəmanlaşdırılmasını isə yalnız bizim ata və babalarımızın xatirəsinə xəyanət, nasizmə qarşı mübarizədə xalqları birləşdirən ideallara xəyanət hesab edə bilərəm”.

Konfrans iştirakçıları qeyd ediblər ki, RF Konstitusiyasına tarixi həqiqətin müdafiəsinin təmin olunması barədə düzəliş təklif edildiyi bir vaxtda nasistlərin xatirəsinin əbədiləşdirilməsi və onların əlaltılarının qəhrəmanlaşdırılması prosesini Rusiyanın özünün ərazisinə keçirmək cəhdləri müşahidə olunur.

RF Dövlət Dumasının deputatı Dmitri Novikov faşizmin qəhrəmanlaşdırılması cəhdlərinin qarşısının alınması üçün ictimai təşəbbüslərdən nümunə götürməyə çağırıb. D.Novikov xüsusi vurğulayıb ki, Böyük Vətən müharibəsi tarixini saxtalaşdırmaq və faşizmin əlaltılarını təmizə çıxarmaq cəhdlərini qadağan edən yeni qanunvericilik aktları lazımdır, Böyük Vətən müharibəsi tarixinin saxtalaşdırılması üzrə genişmiqyaslı kampaniya şəraitində bu vəziyyəti qanunvericilik yolu ilə daha ciddi nizamlamaq lazımdır.

“Stopfaşizm” vətəndaş təşəbbüsünün üzvləri tərəfindən imzalanmış müraciətdə qeyd edilir ki, Vladimir mərkəzi həbsxanasının qəbiristanlığında Qaregin Njdenin boş qəbiri bir neçə ildir ki, qondarma “xatirə tədbirləri” təşkil edilən yerə çevrilib, bu tədbirlərdə şəhərin və Rusiyanın erməni diasporunun nümayəndələri iştirak edir.

Njde Vladimirə necə gedib çıxmışdı?

Vermaxtın erməni legionunun təşkilatçılarından biri olmuş Njde Böyük Vətən müharibəsinin sonunda Bolqarıstan ərazisində sovet kəşfiyyatı tərəfindən yaxalandı. İstintaq zamanı o, SS funksionerləri ilə əməkdaşlıq etməsini boynuna aldı. İstintaq müəyyən etdi ki, Njde tərəfindən erməni legionuna cəlb edilmiş hərbi əsirlər və mühacirətçi erməni gənclər arasında yüzlərlə təxribatçı SSRİ ərazisində hərbi cinayətlərdə, o cümlədən almanlar tərəfindən işğal edilmiş Krımın yəhudi əhalisinə qarşı cəza reydlərində iştirak ediblər.

Ukraynalı jurnalist və politoloq Vladimir Tsxvediani “Rosbalt” informasiya agentliyində keçirilən konfransda bu mövzuya toxunaraq xüsusi qeyd edib ki, 1930-cu illərdə Njdenin faşizm əqidəli olmasını hətta Amerika isteblişmenti də inkar etməyib. Jurnalist xatırladıb ki, Njde öz əqidələrinə və faşistlərə rəğbətinə görə 1936-cı ildə ABŞ-dan qovulub və Almaniyaya nasist ideologiyasının mərkəzi sayılan Münhenə köçüb.

1945-ci il mayın 4-də amerikalı konqresmen Frenk Huk ABŞ Konqresinə daşnak partiyasının (Njde və Dro da bu partiyaya mənsub idi) Hitlerə rəğbəti və Holokostu dəstəkləmələri barədə məruzə təqdim etmişdi.

Həmin məruzədə faşizmi “bəşəriyyətə hədiyyə”, “Almaniyaya və İtaliyaya yeni həyat bəxş etmiş sistem”, Holokostu isə “zəhərli elementin kökünü kəsmək üçün cərrahi müdaxilə” hesab edən daşnak təbliğatından sitatlar gətirilmişdi.

Hərbi cinayətlərə görə sovet məhkəməsi tərəfindən mühakimə olunmuş Njde uzun müddət Vladimir mərkəzi həbsxanasında cəza çəkib və 1955-ci ildə orada ölüb. 1980-ci illərdə erməni millətçilərinin bir qrupu Vladimir şəhərindəki qəbiri gizli şəkildə sovet Ermənistanına aparıb, SSRİ dağılandan sonra Njdenin nəşi hissələrə bölünüb və ölkənin müxtəlif yerlərində basdırılıb.

Onlayn konfransın iştirakçıları qeyd ediblər ki, bu gün Ermənistanda Njdeyə dövlət səviyyəsində pərəstiş edilir, rəsmi ideologiya isə onun nasistlərlə əməkdaşlıq etdiyi dövrü Njdenin “Ermənistanın müstəqilliyi uğrunda mübarizəsi”nin məntiqi davamı kimi qiymətləndirir. Yerevanın mərkəzində Njdeyə qoyulmuş heykəlin açılışında ölkə rəhbərliyi iştirak edib.

Qeyd edilir ki, Rusiyada Njdeyə münasibət dəyişməyib. Məsələn, RF XİN-in məruzəsində, RF Müdafiə Nazirliyi və Federal Təhlükəsizlik Xidməti tərəfindən nəşr edilmiş əsərlərdə seqakronizm ideologiyasının faktiki mahiyyəti, Njdenin Üçüncü Reyx ilə əməkdaşlıq etməsi və onun SSRİ ərazisində törətdiyi cinayətlər göstərilir. Müharibənin tarixinin saxtalaşdırılması meyillərinə və Rusiyada faşizmin reabilitasiyasına qarşı beynəlxalq fəaliyyət çərçivəsində Rusiyanın müttəfiqi sayılan Ermənistanda onun qəhrəmanlaşdırılması faktına görə dəfələrlə narahatlıq bildirilib.

Memorial lövhə və boş qəbir

“Rosbalt” informasiya agentliyində keçirilən konfransda çıxış edən İzborski klubunun Vladimir regional bölməsinin sədri Dimitri Saqal xatırladıb ki, 2019-cu ildə yaranmış qalmaqalda Rusiya ictimaiyyətinin diqqəti yenidən bu kollaborantın şəxsiyyətinə cəlb edilib. O vaxt məlum olmuşdu ki, Armavirdə erməni kilsəsinin həyətində Njdenin şərəfinə xatirə lövhəsi vurulub.

Nəticədə yerli kommunist deputat Vinoqradov nümayişkaranə aksiya keçirərək Njdenin xatirə lövhəsini qaralamışdı. Armavir ictimaiyyətinin etirazları nəticəsində həmin xatirə lövhəsi götürüldü. Saqal videokonfransın iştirakçılarına deyib: “Biz kazaklarla birlikdə xatirə lövhəsi olan yerə gələndə məlum oldu ki, orada təcili təmir işləri təşkil edilib”.

Vladimir meriyasına müraciətdə qeyd edilir ki, Armavirdəki xatirə lövhəsi Rusiya ərazisində Njdenin qəhrəmanlaşdırılması ilə bağlı yeganə hadisə deyil: “Məsələn, Vladimir şəhərində Njdenin boş məzarının ətrafında Rusiyanın erməni diasporu tərəfindən ildə bir neçə dəfə qondarma “xatirə tədbirləri” keçirilir. Bu halda onun xatirəsi Njdenin mənsub olduğu bütpərəstlərin mərasimlərinə uyğun şəkildə keçirilir.

Bundan əlavə, Njdenin qəbri üstünə getmək Vladimir şəhərinə Ermənistandan və Rusiyanın erməni diasporundan olan turistlər üçün təşkil edilən müntəzəm turların proqramına daxil edilib. “Stopfaşizm” vətəndaş təşəbbüsünün üzvləri müəyyən ediblər ki, Njdeni və onun irqi üstünlük prinsipini təbliğ edən faşistpərəst “seqakronizm” ideologiyasını qəhrəmanlaşdıran simvolika Rusiyanın erməni gənclər arasında geniş yayılıb.

Müraciətdə deyilir: “Ölkə Böyük Qələbənin 75-ci ildönümünü qeyd etdiyi bir ildə Vladimir torpağının, Qələbənin səsi sayılan Levitanın kiçik vətəninin bir hissəsinin faşistlərin əlaltısına pərəstiş yerinə çevrilməsinə göz yummaq yolverılməzdir. Boş qəbirin desakrallaşdırılmış statusunu nəzərə alsaq, şəhərin hakimiyyət orqanlarının belə mövqeyi dözümlülük təzahürü deyil, Njdenin legionunun hitlerçilərlə əməkdaşlığı nəticəsində öldürülmüş və işgəncələrə məruz qalmış minlərlə insanın xatirəsinə, habelə ümumi qələbə uğrunda həlak olmuş milyonlarla rusun və erməninin xatirəsinə hörmətsizlikdir”.

Bununla əlaqədar vətəndaş təşəbbüsü qaydasında Vladimir meriyası qarşısında Njdenin boş qəbirinin sökülməsi məsələsi qaldırılıb.

Rusiyalıların milli mənliyi uğrunda mübarizə

Müraciəti imzalayanlardan biri - Dimitri Saqal həmin müraciətin məqsədini şərh edərək deyib: “Rusiya faşizmin qəhrəmanlaşdırılmasının qarşısının alınması üçün beynəlxalq səviyyədə prinsipial mövqe tutur və ciddi səy göstərir. Biz Baltikyanı bölgədə, Ukraynada və Ermənistanda eyni meyilləri müşahidə edirik. İndi isə Böyük Vətən müharibəsinin saxtalaşdırılmış narrativini Rusiyanın daxilində də - Mannergeymin qəhrəmanlaşdırılması, Njdenin yad edilməsi yolu ilə qəbul etdirməyə çalışırlar”.

Saqal daha sonra deyib: “Bu gün həmin təbliğatın obyekti Rusiyadakı erməni gəncləridir, sabah başqa milli azlıqlar, daha sonra bütün Rusiya ictimaiyyəti belə obyekt olacaq. Axı, burada mücərrəd tarixi həqiqət uğrunda deyil, rusiyalıların milli mənliyi uğrunda mübarizədən söhbət gedir. Bizim sələflərimiz kimləri qəhrəman hesab edəcəklər - Jukovu yoxsa Mannergeymi, Baqramoyanı yoxsa Njdeni? Rusiyanın gələcək böyüklüyü bundan asılıdır. Mən hesab edirəm ki, bu mübarizədə xırda məsələ ola bilməz. Buna görə də Vladimir şəhərində Njdenin boş qəbrinə də Peterburqda Mannergeymin xatirə lövhəsi vurulması halında olduğu kimi prinsipiallıq göstərilməlidir. Bu, tarixi yaddaşın qorunub saxlanması haqqında düzəlişin praktiki reallaşması olacaq. İyulun 1-də biz bu düzəlişə səs verməyə gedəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib