İdman gimnastlarımız Macarıstanda keçirilən beynəlxalq turnirdə fərqləniblər
Bakı, 24 may, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeştdə idman gimnastikası üzrə beynəlxalq turnir keçirilib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda ölkəmizi kişi idman gimnastikası üzrə yığma komandamızın üzvləri Mənsum Səfərov, Anar Həsənov, Aydın Əlizadə, Ramin Dəmirov və Rəsul Əhmədzadə təmsil ediblər.
Turnirdə gimnastlarımız komandamızın hesabına 10 medal yazdırıblar.
Medallardan 6-sı A.Əlizadənin payına düşür. Çoxnövçülükdə gümüş medal qazanan gimnastımız halqalarla yarışların nəticəsinə görə fəxri kürsünün birinci, dayaqlı tullanma, sərbəst hərəkətlər, turnikdə çıxışına görə ikinci, paralel qollarda çıxışına görə isə üçüncü pilləsinə yüksəlib.
R.Əhmədzadə çoxnövçülük və sərbəst hərəkətlərdə bürünc medal, dəstəli at üzərində hərəkətlərə görə isə gümüş medal qazanıb. Onun komanda yoldaşı R.Dəmirov isə halqalar üzərində hərəkətlərdə ikinci olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]