İƏT-in Baş katibi Əfqanıstanla bağlı İslam alimlərinə müraciət edib
Qahirə, 30 dekabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha Beynəlxalq İslam Fiqhi Akademiyasını (IIFA) tez bir zamanda Taliban hökumətinin qadınların təhsilini qadağan edən qərarına qarşı İslam dünyasında alimləri və dini təşkilatları birləşdirmək üçün qlobal kampaniyaya başlamağa çağırıb.
AZƏRTAC İƏT-in mətbuat açıqlamasına istinadla xəbər verir ki, təşkilatın Baş katibi videokonfrans vasitəsilə keçirilən IIFA Bürosunun 2-ci iclasının açılışında deyib: “Taliban hökumətinin qızların təhsil almasına, o cümlədən universitet təhsilinə mane olmaq və bunun İslam qanunlarına zidd olduğu bəhanəsi ilə qadın müəllimləri tutduqları vəzifələrdən azad etmək qərarı Qərb ölkələrində müsəlmanlara qarşı mənfi münasibətə zəmin yaradır”.
Baş katib bildirib ki, Əfqanıstandakı bu qadağalar IIFA-nın gündəliyindəki prioritet məsələdir. O, Talibanın qərarının İslam hüququndakı mətnlərə əsaslanmadığına diqqət çəkib, eyni zamanda, ötən ilin iyununda bir qrup İslam alimlərinin Əfqanıstana səfər etdiyini və Taliban alimləri, habelə hökumət rəhbərləri ilə görüşlər keçirdiyini bildirib. Həmin görüşlərdə vurğulanıb ki, İslam dini qadınlara bütün hüquqları, o cümlədən təhsil və çalışmaq hüququ verir. “Talibanın son qərarları göstərir ki, Əfqanıstanda qadın azadlıqları ilə bağlı ciddi problemlər mövcuddur”, -deyə H.B.Taha qeyd edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]