Azərbaycan Dövlət İnformasiya Agentliyi

İƏT Xarici İşlər Nazirləri Şurasının sessiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzkarlığı məsələsi qaldırılıb

Bakı, 1 mart, AZƏRTAC

Yarandığı son beş onillik ərzində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İslam dünyasının tək çoxtərəfli qurumu kimi dünyada sülh və təhlükəsizliyin qorunması üzrə beynəlxalq ictimaiyyətin strateji tərəfdaşına çevrilib. Bu gün təşkilatımız hələ də üzv ölkələrin birliyi, bütövlüyü və suverenliyini təhdid edən görünməmiş daxili və xarici təhdidlər ilə üzləşir.

Coğrafiyamızın bir çox yerində, xüsusən də İraq, Suriya, Yəmən, Liviya, Əfqanıstanda davam edən silahlı münaqişələr və terror hücumları, eləcə də dünyanın müxtəlif yerlərində dözümsüzlük, irqçilik və ksenofobiya kimi yüksələn trendlər beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş hazırkı beynəlxalq mexanizmlərin yetərsizliyini nümayiş etdirir. Buna görə də coğrafiyamızdakı münaqişələrin sülh və qardaşlıq yolu ilə həllinə, terrorizmə qarşı mübarizədə qəti mövqeyə, bütün üzv dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunmasına, islamofobiyaya qarşı mübarizəyə yönələn birgə səylərimiz çox vacibdir. Bu baxımdan Azərbaycan İƏT-də təşkilatın ümumi səmərəliliyinin artırılması məqsədini güdən, xüsusilə münaqişələrin həllində vasitəçilik imkanlarının gücləndirilməsi məqsədini güdən islahatlar prosesinə böyük əhəmiyyət verir.

Bu fikirləri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əbu-Dabidə keçirilən 46-cı sessiyasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan Respublikası təşkilatın kollektiv yanaşması və birgə strategiyasına sadiq qalaraq, üzvü olduğu müxtəlif İƏT Təmas Qrupları, o cümlədən Fələstin, Cəmmu və Kəşmir, Somali və Avropada müsəlman azlıqları, vasitəsilə münaqişələrin sülh yolu ilə həlli istiqamətində üzv dövlətlərlə işləməyə davam edəcək. Bu baxımdan biz bütün üzv dövlətləri kollektiv yanaşma və İslam həmrəyliyi prinsiplərinin həyata keçirilməsində səylərini əsirgəməməyə çağırırıq.

İƏT-in mövcudluğunun ana xəttini təşkil edən Fələstin məsələsi belə bir kollektiv yanaşma tələb edən məsələdir. Azərbaycan bu məsələnin ədalətli və dayanıqlı həlli üçün tam həmrəyliyini və davamlı dəstəyini bir daha təsdiq edir və Fələstin münaqişəsinin Fələstin Dövlətinin paytaxtı Şərqi Qüds olmaqla “iki dövlət” prinsipinə əsasən həllini dəstəkləyir. Bu məqsədə sadiq qalan Azərbaycan Fələstin hökumətini onun beynəlxalq aləmdə siyasi və hüquqi statusunu, eləcə də BMT-nin tamhüquqlu üzvlüyünü əldə etmək hüququnu möhkəmləndirəcək "G77 və Çin qrupu"nda rəsmi sədrliyə başlaması münasibətilə təbrik edir. Ötən il Azərbaycan Qoşulmama Hərəkatının 18-ci Aralıq Nazirlər Toplantısı çərçivəsində Fələstinə dair Qoşulmama Hərəkatının Nazirlər Komitəsinə ev sahibliyi edib. Bakı Yekun Bəyannaməsi Fələstində zorakılığın tamamilə dayandırılması üçün ciddi kollektiv səylərə çağırışı bir daha bəyan etdi. 2018-ci ilin noyabrında Azərbaycan Fələstin Dövlətinin Asiyada akkreditə olunmuş Səfirlərinin illik toplantısına ev sahibliyi etdi və bununla Fələstin hökumətinin imkanlarının qurulmasına töhfə verdi. Humanitar istiqamətdə Fələstin xalqına yardıma gəldikdə isə Azərbaycan ötən ilin oktyabr ayında BMT-nın Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə 200 min ABŞ dolları ayırıb. Bu təşkilatı əmin etmək istərdim ki, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan Fələstində sülhə, eləcə də bütövlükdə İslam ölkələrində sülh, təhlükəsizlik və inkişafa daha da töhfə verilməsi üçün səylərini əsirgəməyəcək.

Beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək üçün mümkün olan hər şeyi edərkən, Azərbaycan hələ də Ermənistanın davam edən hərbi təcavüzü ilə üzləşir. Bu təcavüz nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonu işğal olunub, təxminən 1 milyon azərbaycanlı etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi köçkünə çevrilib, Ermənistanın işğalı altında olan ərazilərimizdə çoxsaylı tarixi, mədəni və dini abidələr məhv edilib.

Təəssüf ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının vasitəçilik səyləri işğal olunmuş torpaqların azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticələrinə gətirib çıxarmayıb. Danışıqların bu qəti nəticəsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində, habelə İƏT-in qətnamələrində, ATƏT-in, Avropa İttifaqının və münaqişə mövzusu ilə məşğul olan demək olar ki, hər bir beynəlxalq təşkilatın müvafiq sənədlərində təsbit olunub.

Bütün bu çağırışlara və münaqişənin sülh yolu ilə həlli üzrə bütün səylərimizə baxmayaraq, Ermənistan işğalın nəticələrini möhkəmləndirmək məqsədilə işğal olunmuş ərazilərdə təbii sərvətlərin talan edilməsi, tarixi və İslam irsinin məhv edilməsi siyasətini davam etdirir. Demək olar ki, hər gün atəşkəsi pozur, azərbaycanlı hərbçiləri və mülki şəxsləri öldürür və yaralayır. İƏT-ə üzv ölkələrin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İƏT xarici işlər nazirlərinin qətnamələrində əks olunmuş ədalətli mövqeyini yüksək qiymətləndirirəm. Eyni zamanda, bu ədalətli mövqeyin və bu çox hörmətli qurum çərçivəsində nümayiş etdirilmiş həmrəyliyin təcavüzkar dövlətə münasibətdə ikitərəfli əsasda, eləcə də beynəlxalq forumlarda ifadə olmasına çağırıram. İşğal siyasətini təşviq etmək və bu təşkilatın həmrəyliyini pozmaq üçün Ermənistanın beynəlxalq mədəni, dil birliyinə əsaslanan və ya humanitar forumlardan sui-istifadə etmək cəhdləri bizim birgə mövqeyimizlə cavablandırılmalıdır. Ermənistanın bəzi üzv ölkələri iqtisadi və mədəni əməkdaşlığa cəlb etmək cəhdləri, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin turistik bölgə kimi və ya işğal olunmuş ərazilərdəki mirası məhv etdiyi bir halda öz ərazisində guya ki, qorunan “İslam mirası”nın təşviqi, işğalın legitimləşdirilməsi və işğalçının gücləndirilməsi siyasətindən başqa bir şey deyil. Üzv ölkələri bundan çəkinməyə çağırırıq.

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı İƏT Təmas Qrupunun 2016-cı ildə Nyu-Yorkda keçirilmiş illik görüşlərini yüksək qiymətləndirərək, bu xüsusda İƏT-in baş katibinə və üzvlərinə minnətdarlığımızı ifadə edərək, bütün qrup üzvlərini İƏT-in Ermənistan-Azərbaycan münaqişəsinə dair qərar və qətnamələrinin yerinə yetirilməsini praktiki fəaliyyətləri ilə dəstəkləməyə və Ermənistanı İƏT-in müvafiq sənədlərinə riayət etməsinə məcbur etmək üçün müvafiq tədbirlərin görülməsini təmin etməyə çağırırıq.

Azərbaycan beynəlxalq aləmdə həmrəyliyimizi möhkəmləndirmək və kollektiv səsimizi ucaltmaq məqsədilə İƏT institutlarının fəaliyyətini yüksək qiymətləndirir. Bu xüsusda, mən beynəlxalq hüququn ciddi pozulması halı olan və Azərbaycan Respublikasının ətraf əraziləri üçün ekoloji fəlakət yaratmağı nəzərdə tutan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki Sərsəng su anbarından yeni bir kanalın tikintisinin pislənməsi barədə ISESCO tərəfindən qəbul edilmiş qətnaməni xüsusi vurğulamaq istərdim.

Biz 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən mülki azərbaycanlılara qarşı soyqırımı haqqında dünyada məlumatlılığın artırılmasına hədəflənmiş "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən İslam Konfransı Gənclər Forumu tərəfindən "Xocalı qırğını qurbanları ilə həmrəylik" qətnaməsinin icrasına üzvlər tərəfindən nümayiş etdirilən həmrəyliyi yüksək qiymətləndiririk.

Mən, həmçinin çətinliklər və təbii fəlakətlər zamanı, məsələn, Azərbaycanın da töhfə verdiyi 2018-ci ildə İndoneziya zəlzələsindən sonra İƏT-ın humanitar yardımı kimi, həmrəyliyimizin əhəmiyyətini vurğulamaq istəyirəm.

Bizim həmrəyliyimiz, həmçinin çox vacib olan qlobal mədəniyyətlərarası dialoqun gücləndirilməsində və xarici düşmənçilik, irqçilik, nifrət çıxışları və islamofobiya təhlükələrinə qarşı mübarizədə də nümayiş etdirilməlidir. Bu xüsusda, mən 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş "Bakı Prosesi"nin əsas hissəsi olan, 2019-cu ilin may ayında Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda üzv dövlətləri fəal şəkildə iştirak etməyə çağırıram. İƏT, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO kimi nüfuzlu beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənən proses dayanıqlı sülhün və inklüziv inkişafın təmin edilməsi üçün mədəniyyətlərarası dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsi məqsədini güdür.

Qədim Azərbaycan şəhəri olan və İslam mədəniyyətinin paytaxtı adlanan Naxçıvan 2018-ci ildə mədəniyyət əlaqələrimizin daha da zənginləşdirilməsinə töhfə verən müxtəlif mədəniyyət proqramlarına ev sahibliyi edib. Bu il Azərbaycanda ilk İƏT Mədəniyyət Həftəsi və ölkələrimizin gənc istedadlarını və yaradıcılığını dəstəkləyən klassik musiqi ifaçılarının səkkizinci beynəlxalq müsabiqəsinə ev sahibliyi etməsini səbirsizliklə gözləyirik.

Azərbaycan İslam Konfransı Gənclər Forumunun və Azərbaycan hökuməti tərəfindən Bakıda ev sahibliyi edilən Avrasiya Regional Mərkəzinin fəaliyyətini dəstəkləyir və Gənclər və İdman Nazirlər Şurasında sədrliyimiz dövründə biz gənclərə və idmanın inkişafına praktiki səviyyədə töhfəmizi davam etdirəcəyik. Bu sədrlik dövründə Azərbaycan tərəfindən İslam ölkələri arasında gənclər və idman fəaliyyəti vasitəsilə dostluq əlaqələrinin gücləndirilməsi məqsədilə gənclər üçün nəzərdə tutulan 2-ci İcraçı Model İƏT oyunları, İslam ölkələrinin gənc sahibkarlar şəbəkəsinə ev sahibliyi ediləcək.

Biz, həmçinin iştirakçıları İƏT-in xüsusiləşdirilmiş orqanı olan və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə, “İƏT 2025 fəaliyyət proqramı”nın mühüm məqsədi olan ölkələrimizin istehsal qüvvələri və iqtisadi artımını dəstəkləmək məqsədilə yaradılmış və İƏT Əmək Mərkəzinin təsis olunmasının ratifikasiya prosesini yekunlaşdırmağa dəvət edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir