III MDB Oyunları: Azərbaycanın daha bir samboçusu qızıl medal qazanıb
Göygöl, 29 sentyabr, AZƏRTAC
Azərbaycanın daha iki samboçusu III MDB Oyunlarında medal qazanıb.
AZƏRTAC xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan yarışların finalında təmsilçimiz Nihad Rəhimov (64 kiloqram) həlledici görüşdə rusiyalı Artem Xarisovla qarşılaşıb və rəqibini məğlub edərək qızıl medal əldə edib.
Digər təmsilçimiz Rüstəm Qasımzadə (58 kiloqram) isə finalda rusiyalı idmançıya uduzaraq gümüş medalla kifayətlənib.
Daha əvvəl Abdullətif Musayev (53 kiloqram) Özbəkistandan olan Qamzat Maksetbayevlə qarşılaşıb. Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [22:16]
Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır
- 21.09.2026 [21:39]
"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır
- 21.09.2026 [21:36]
Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar
- 21.09.2026 [18:38]
Futbol üzrə İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb
- 21.09.2026 [18:34]
Azərbaycanı kata üzrə dünya çempionatında 4 cüdoçu təmsil edəcək
- 21.09.2026 [17:53]