İki ölkə Avstriya ilə sərhədlərini bağlayıb
Bratislava, 12 mart, AZƏRTAC
Martın 12-də Slovakiya hökuməti səfərə gələn bütün əcnəbilər üçün bu ölkəyə girişi qadağan edib və qonşu dövlətlərlə sərhədlərini bağlayıb. Yalnız öz vətəndaşlarının və ölkədə daimi yaşayan şəxslərin Slovakiyaya girişinə icazə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu qərar hələlik Polşadan Slovakiyaya səfər edənlərə şamil olunmayacaq. Daxili İşlər naziri Denisa Sakova Mərkəzi Böhran Qrupunun iclasından sonra bildirib ki, xaricdən ölkəyə qayıdan hər bir şəxs 14 günlük karantində qalmalı olacaq.
Slovakiya Daxili İşlər Nazirliyindən, həmçinin bildirilib ki, bu ölkəyə beynəlxalq qatar və avtobus reysləri ləğv olunub. Eyni zamanda, bütün beynəlxalq hava limanları, məktəblər, mədəniyyət evləri və əyləncə mərkəzləri də bağlanacaq.
Qeyd edək ki, Çexiya hökuməti də qonşu Avstriya ilə sərhədlərin bağlanması barədə qərar qəbul edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]