İkinci Avropa Oyunlarının talismanı Lesik Litvada qış festivalının qalibi olub
Bakı, 4 fevral, AZƏRTAC
Litvanın Druskininkai şəhərində Qış Olimpiya festivalı çərçivəsində talismanların müsabiqəsi keçirilib.
AZƏRTAC ikinci Avropa Oyunlarının rəsmi saytına istinadla xəbər verir ki, talismanlar fərdi birincilikdə dağ xizəyi, konkisürmə, qış futbolu, rəqs və qış voleybolu üzrə yarışlarda mübarizə aparıblar.
İkinci Avropa Oyunlarının talismanı Lesik sonadək liderliyi əldə saxlayaraq festivalın qalibi olub.