“İlahiyyatçı” qəzetinin növbəti nömrəsində...
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin fevral buraxılışı çapdan çıxıb.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, mətbu orqanın birinci səhifəsində Prezident İlham Əliyevin Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirakı haqqında informasiya, birinci xanım Mehriban Əliyevanın Azərbaycan gənclərini təbriki, eyni zamanda, rəsmi “Instagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşımı, 2020-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı yer alıb.
Bu nömrədə Aİİ-nin Azərbaycanda və Türkiyədə Xocalı soyqırımına həsr etdiyi çoxsaylı tədbirlər haqqında, habelə “Fələstinin ölkəmizdəki səfiri Aİİ-də”, “Rektor təcrübəyə yollananlara tövsiyələrini verdi”, “Tələbələrimiz Əlyazmalar İnstitutunda”, “Beynəlxalq əlaqələr genişləndirilir”, “Ukraynalı jurnalistlə görüş” başlıqlı məqalələr yer alıb.
Qəzetdə, həmçinin “Din araşdırmaları” jurnalı dövri elmi nəşrlərin siyahısına daxil edilib”, “Azərbaycan İlahiyyat İnstitutu YÖK tərəfindən tanındı”, “Qarabağ əcdadlarımızın mirası” sənədli filmi nümayiş olunub”, “Abituriyentlərlə görüş”, “Azərbaycan İlahiyyat İnstitutunun “Qış məktəbi”, “Aİİ-nin iki yaşı oldu”, “Payız semestrinin yekunları ilə bağlı iclas”, “Beynəlxalq əməkdaşlığa start verildi”, “Tələbə Gənclər Təşkilatının üzvləri “Ana harayı” memorial kompleksini ziyarət ediblər”, Azərbaycan Universitetləri Sərgisi-2020”, “Tələbələr Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada”, “Son nəfəsədək”, “Aİİ-də növbəti iclas”, “Bioetika və din”, “Rektor ingilis dili kursunda iştirak edəcək tələbələrlə görüşüb” məqalələrini oxumaq olar.
“İlahiyyatçı”nın müxtəlif səhifələrində Aİİ müəllimlərinin və əməkdaşlarının “Azərbaycan İlahiyyat İnstitutunda könüllülük fəaliyyəti”, “Qloballaşan dünya və müasir təhsil”, “Cəfər İbn Məhəmməd”, “Nuhun tufanı, ya da içimizdəki fırtına” başlıqlı yazıları oxuculara təqdim edilib.
Qəzetin səhifələrində Aİİ tələbələrinin “İslamofobiya qaragüruhçuların düşüncə formasıdır”, “Öyrənirik ki, nə vaxtsa biz də öyrədək” başlıqlı məqalələr də dərc olunub.
Məlumat üçün bildirək ki, “İlahiyyatçı” qəzetinin nəşrində məqsəd institutun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ictimaiyyəti məlumatlandırmaq, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, onların intellektual səviyyəsini və dünyagörüşünü zənginləşdirmək, ölkəmizdə dini maarifləndirmə işinə töhfə verməkdir.