Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlham Əliyev Türk dünyasının qürur mənbəyidir

Bişkek, 22 dekabr, AZƏRTAC

Bu gün ulu öndər Heydər Əliyevin mənəvi-siyasi irsinin layiqli davamçısı - dövlətimizin başçısı İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır.

Müasir dünya xalqın iradəsi əsasında dövlət idarəçiliyi missiyasını üzərinə götürmüş liderlər qarşısında yeni şərtlər müəyyənləşdirir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son 18 ildə qazanılan uğurlar və 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki Qələbə də məhz bu amilə əsaslanır. Dövlətimizin başçısı İlham Əliyevin ötən müddətdə əldə etdiyi böyük nailiyyətlər onun liderlik üçün zəruri keyfiyyətlərə malik olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyev yeni əsrin praqmatik lideri kimi ölkəyə rəhbərlik etdiyi bu müddətdə sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə qətiyyən yanılmayıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) prezidenti Nüsrət Məmmədov söyləyib.

O deyib ki, dövlətimizin başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı, xalqın lideri olmaq məsuliyyətini yüksək dəyərləndirir və bu da onun sosial məsuliyyət prinsipinə incəliklə riayət etməsindən irəli gəlir. Prezident İlham Əliyev dövlət idarəçiliyinə dair hər hansı mühüm qərar qəbul etməzdən öncə "Heydər Əliyev bu məsələni necə həll edə bilərdi?” - deyə düşünür. Özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir. İntellektlə istedadın, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvi vəhdətinə, yaradıcı sintezinə nail olmaq qabiliyyəti, Azərbaycanın dünəninə, bu gününə və sabahına sonsuz, sarsılmaz sədaqət - bunlar İlham Əliyev şəxsiyyətini hər kəsə sevdirən cəhətlərdir.

“Ötən il sentyabr ayının 27-dən başlayan haqq savaşımızda Prezident İlham Əliyev özünü azərbaycanlı sayan və bu mənsubiyyətdən qürur duyan hər kəsi Ulu Öndərimizin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər etdi.

Hələ 2003-cü ildə andiçmə mərasimində “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm" - deyən İlham Əliyev ümummilli lider Heydər Əliyevin dövlətçilik irsinə necə sadiq olduğunu bizə yaşatdığı Zəfər sevinci ilə tam təsdiqlədi. Onun dediyi kimi, Vətən savaşında əldə edilən Qələbə ulu öndər Heydər Əliyevin ideyalarının tam həyata keçməsinin məntiqi nəticəsidir.

Qarabağın tək coğrafi deyil, həm də mənəvi-siyasi yüksəkliyi olan, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın azad olunmasını xalqa bəyan edərkən də dövlətimizin başçısı bu Qələbəni Ümummilli Liderin vəsiyyətinin həyata keçməsi kimi dəyərləndirdi. Həm də Qələbə müjdəsini Mehriban xanım Əliyeva ilə birgə Ulu Öndərin məzarını ziyarət edərək bütün dünyaya çatdırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qazanılan böyük Zəfər həqiqətən də Heydər Əliyev ideallarının təntənəsi, daha bir taleyüklü arzunun gerçəkləşməsidir. Savaşın hər anında xalqımızın böyük şücaəti, əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin müqəddəs qanı əks olunub. Onun böyük liderliyinin, misilsiz dövləti fəaliyyətinin nəticəsi olan bu Qələbə, eyni zamanda, Ulu Öndərin işıqlı ideyalarının təntənəsidir”, - deyə Nüsrət Məmmədov bildirib.

TDSDF rəhbəri deyib: “Nə qədər ki, Azərbaycanda ümummilli lider Heydər Əliyevin möhtəşəm siyasi kursu uğurla davam etdirilir, nə qədər ki, Prezident İlham Əliyev Azərbaycanı yeni və daha böyük hədəflərə doğru qətiyyətlə aparır, demək, xalqımız və dövlətimiz daha böyük zəfərlərə imza atacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq birlik tərəfindən təqdirlə qarşılanır. Bu baxımdan noyabrın 12-də İstanbulda keçirilən Türk Şurasının VIII Zirvə Görüşündə cərəyan edən hadisələr xüsusi önəm kəsb edir. Həmin zirvə görüşündə Türk Dünyasının Ali Ordeni Azərbaycan Prezidentinə təqdim edildi. Prezident İlham Əliyevin Türk dünyasının ali mükafatı ilə təltif edilməsi Azərbaycan Prezidentinin şəxsiyyətinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna dəlalət edir.

Azərbaycandan uzaqlarda fəaliyyət göstərən, əslində, ölkəmizin haqq səsini dünyaya yaymaqla öz missiyasını şərəflə yerinə yetirən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu uzun illərdir ki, xarici ölkələrdə Azərbaycan mədəni irsinin yayılmasında, Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin təbliğində bir sıra parlaq layihəyə imza atmaqda davam edir.

Belə layihələrdən biri də Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş 400 səhifəlik, üç hissədən ibarət, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fəaliyyət xətti ardıcıl olaraq izlənilən "Qalib Sərkərdə" adlı kitabdır. Kitabın təqdimatının dövlətimizin başçısının ad günü ərəfəsində keçiriləcəyi nəzərdə tutulur”.

Nüsrət Məmmədov deyib ki, Prezident İlham Əliyev yubileyini ona sonsuz etimadı olan və hər zaman mənafeyi uğrunda fəaliyyət göstərdiyi xalqı ilə birlikdə qeyd edir. Azərbaycanın dövlət başçısı 44 günlük müharibədə möhtəşəm Qələbəni də məhz xalqının dəstəyi ilə qazandı. Azərbaycanlılar öz Liderinə sevgi və böyük ehtiram hissi bəsləyirlər.

“Prezident İlham Əliyev həm də olduqca səmimi insandır. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə əlaqədar 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsinə (referendumuna) az qalmış Qırğızıstan Respublikası Joqorku Keneşinin (Parlamentinin) birinci vitse spikeri Çolpon Bayekova və bir neçə deputatla birlikdə Azərbaycana səfər etmişdik. Xatırlayıram, 2009-cu ilin mart ayının 13-də başçılıq etdiyim Qırğızıstan nümayəndə heyətini Prezident İlham Əliyev qəbul etmişdi. Nümayəndə heyətinin tərkibində dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov da vardı və Azərbaycan Prezidenti böyük yazıçını “Dostluq” ordeninə layiq görmüşdü. Nümayəndə heyəti ilə görüşdə dövlətimizin başçısının nə qədər sadə, səmimi, iti zəkalı olduğunu gördüm”, N.Məmmədov vurğulayıb.

O qeyd edib ki, görüşdən yüksək təəssüratla ayrılan Çolpon Bayekova “...Bəli, Azərbaycan xalqının bəxtinə yüksək intellektə sahib, sadə, iti zəkalı lider düşüb. Prezident İlham Əliyev Azərbaycan xalqı üçün tapıntıdır. Bizim də İlham Əliyev kimi Prezidentimiz olaydı”, - deyə hər yerdə ağızdolusu danışırdı.

“Azərbaycan Prezidenti İlham Əliyev mənalı və xalqına xidmətə həsr etdiyi həyatının altmışıncı ilini parlaq və ardıcıl qələbələrlə qeyd edir. Dahi siyasi xadim Heydər Əliyev sayəsində Azərbaycan bu gün də etibarlı əllərdədir. İqtisadi qüdrəti, beynəlxalq nüfuzu və böyük gələcəyi olan ölkəmiz, eyni zamanda, XXI əsr tarixinə torpaqlarını düşmən tapdağından azad edən dövlət kimi düşdü. Bu möhtəşəm Qələbə məhz Prezident İlham Əliyevin siyasi və hərbi məharəti nəticəsində mümkün oldu. Hələ 2010-cu ildə nəşr etdirdiyimiz “Dünya siyasətinin zirvəsini fəth edənlər” ikicildliyində Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi siyasi xadim Heydər Əliyevlə dünya siyasətinin zirvəsində qoşa dayandığı öz əksini tapıb.

Azərbaycanın 44 günlük Vətən savaşı günlərində onun yüksək intellektə sahib, sadə, iti zəkaya sahib olduğu bir daha özünü təsdiq etdi. Müharibə dövründə onun xalqa müraciətlərində düşmənə qarşı söylədiyi bir çox fikirlər sadə insanların leksikonuna daxil olmuşdu”, - deyə TDSDF prezidenti diqqətə çatdırıb.

“Qürurla deyərdim ki, indiki zamanda öz xalqı tərəfindən bu qədər çox sevilən dövlət başçısı çox azdır. Prezident İlham Əliyevin yüksək intellekti, müxtəlif sahələrə dair dərin ensiklopedik bilikləri, özünün əsas ixtisası - diplomatiya sahəsində məharəti beynəlxalq siyasət aləmində ona böyük nüfuz qazandırıb.

Vətən müharibəsi günlərində onun bu xüsusiyyətlərinə daha bir yüksək keyfiyyəti - böyük sərkərdəlik qabiliyyəti əlavə olundu”, - deyə N.Məmmədov qeyd edib.

Prezident İlham Əliyevin türk dünyasında da böyük nüfuza sahib olduğunu vurğulayan TDSDF rəhbəri deyib: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 60 illik yubileyini Türk dünyasının ona verdiyi dəyərlə - layiq olduğu Türk Dünyasının Ali Ordeni ilə qarşılayır.

Qırğızıstanda Azərbaycan Prezidenti İlham Əliyev işğalda olan torpaqları qısa müddətdə azad edən sərkərdə, İslam abidələrini və dini məbədləri qoruyan xilaskar kimi tanınır. O təkcə öz xalqının deyil, qırğızların da qürur və ləyaqətini, habelə özünəinam hissini möhkəmləndirdi. Son bir ildə qırğız mətbuatının xülasəsinə baxsanız, Prezident İlham Əliyevin böyük siyasətçi və sərkərdə məharəti haqqında çox sayda məqalənin şahidi ola bilərsiniz.

Yadımdadır, 2011-ci ildə rəhbəri olduğum fondun nəşr etdirdiyi “Prezident İlham Əliyev” üçcildliyinin təqdimatını keçirdik. Bişkekdəki keçirdiyimiz təqdimat Qırğızıstan mətbuatında geniş işıqlandırıldı.

Azərbaycanın dövlət başçısı təkcə öz xalqı üçün yox, həm də türk dünyası üçün nadir tarixi şəxsiyyətlərdən biridir. Prezident İlham Əliyev siyasət aləmində siyasətçilərə, hərb sənətində hərbçilərə, iqtisadiyyat üzrə ən yaxşı iqtisadçılara dərs keçə biləcək dərəcədə böyük istedada malikdir”.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

İlkin Mehrabov: Hesablama sosial elmləri Azərbaycan ilə İsveç arasında elmi körpü ola bilər – MÜSAHİBƏ

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub

BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür

Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH

Xankəndi və Baia Mare qardaşlaşır - FOTO

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

İsveç Avropada “Team Racing” üzrə ilk dünya çempionatına ev sahibliyi edir

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər

Fransada irqçilik və ayrı-seçkilik: Tolerantlıq yüksək olaraq qalır, irqçi əməllər isə artır

İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var – YENİLƏNİB

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb

Türkiyədə 800-dən çox şəxsi aldadaraq 116 milyon lirə mənimsəyən qruplaşma ifşa edilib

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

“EasyJet”in Fransadakı ekipaj üzvləri tətilə başlayıblar

Cəlilabadda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

Amerikalı basketbolçu "Neftçi"də

Fransanın Land departamentində 1300 hektar meşə sahəsini yanğın bürüyüb

İmişlidə 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək

Bu saata olan əsas xəbərlər

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Metronun “28 May” və “Nizami” stansiyaları arasında sərnişinlərin daşınması üçün 6 ekspres və 20 müntəzəm avtobus marşrutu müəyyənləşdirilib

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Ötən gün 73 cinayətin açılması təmin olunub

Bu gün Ümumdünya Sahibsiz Heyvanlar Günüdür

FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır VİDEO

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır VİDEO

Premyer Liqa: Son çempion "Sabah" ilk oyununa çıxır

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür

Media: NATO-nun müdafiə planındakı uğursuzluq Ukraynaya çətinlik yaradır

Pekindən Mançesterə uçan təyyarə Krasnoyarskda təcili eniş edib

Kolumbiyada mədəndə partlayış nəticəsində 6 nəfər həlak olub

Rusiya-Şimali Koreya sərhədində körpü tikintisi başa çatır

Tramp: İranı məhv etmək istəmirik, amma hər şeyə qadirik

Braziliyadakı sarı qızdırma epidemiyasının səbəbi tapılıb

Texasdakı qəzadan sonra ABŞ-də “Apache” helikopterlərinin uçuşları dayandırılıb

İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub VİDEO

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub VİDEO

Qərbi Afrikada iqlim fəlakəti: 32 milyon insan evini tərk edə bilər

ABŞ Bolqarıstana “F-16 “qırıcılarının çatdırılmasını 2030-cu ilə qədər təxirə salır

Qazaxıstandakı beynəlxalq toplantıda Azərbaycanın gənc yol müfəttişləri ölkəmizi təmsil edirlər

Tramp Kamala Harrisin sərhəd siyasətini tənqid edib

Türkiyə Superliqası: "Qalatasaray" mövsümə xal itkisi ilə başlayıb

Kanada İranın 5 yüksəkvəzifəli şəxsini sanksiya siyahısına saldı

Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb YENİLƏNİB

“Kapellhaus Garden Hall”: Ulduzlu səma altında klassik musiqi səslənib

"Bloomberg": ABŞ Kubaya qarşı iqtisadi təzyiqləri gücləndirir

Güclü leysan Tbilisi və ətraf bölgələrdə ciddi fəsadlar törədib

Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində

Rəcəb Tayyib Ərdoğan: AK Parti – Türkiyənin uğurlarının əsas hərəkətverici qüvvəsidir

Almaniyanın altı əyalətində meşə yanğınları baş verib

Böyükşor gölündə yaşıl rəngli kütlə müəyyən edilib – laborator analizlər aparılır

FHN: Qubadakı zəlzələ nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb

Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsinin nəticələri açıqlanıb

“Neftçi” fransalı futbolçu ilə yollarını ayırıb

Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib

Quba rayonunda zəlzələ baş verib

Tacikistanda tərkibində şəkər olan içkilərə vergi tətbiqi imkanları araşdırılır

“Beşiktaş” yeni transferi Duşan Vlahoviçi ictimaiyyətə təqdim edib

Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Almaniya və İtaliya arasında sığınacaq axtaran şəxslərin qəbulu ilə bağlı fikir ayrılığı yaranıb

Binəqədidə ağacların kəsilməsi nəticəsində təbiətə 39 min manatdan çox ziyan dəyib

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub

Bu saata olan əsas xəbərlər

Fransada 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması əngəllənib

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlanıb

Siyasi şərhçi: Naxçıvan blokadadan tranzit və enerji qovşağına çevrilmə mərhələsinə qədəm qoyur

Azərbaycan iyun ayında Türkiyəyə qaz tədarükçüləri siyahısına başçılıq edib

AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olub

Mərkəzi Aran regionunda kibertəhlükəsizlik üzrə təlimlər davam edir

İğdırda Ermənistanın köhnəlmiş AES-i ilə bağlı məsələyə diqqət çəkdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirlər

Ötən ilin büdcəsində “Ətraf mühitin mühafizəsi” sektoru üzrə vəsaitin 67,7 faizini yerli icra hakimiyyəti orqanları xərcləyib

AKİA-nın sədri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib

Nəticəəsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlar üzrə 2025-ci il üçün monitorinqin nəticələri açıqlanıb

Ayxan Abbasov: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb

Bakı, Sumqayıt və Abşeronda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Vaşinqtonda “Çolpon-Ata Sammiti və Trans-Xəzər əməkdaşlığında növbəti addımlar” mövzusunda tədbir təşkil edilib

Naxçıvan Azərbaycanın siyasi, geostrateji və təhlükəsizlik maraqları baxımından böyük əhəmiyyətə malikdir