İlin ilk dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub
Bakı, 25 iyul, AZƏRTAC
İyulun 28-dən avqustun 3-dək güləş üzrə ilin ilk dünya çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Yunanıstanın paytaxtı Afina U-17 yaş qrupu üzrə mundiala ev sahibliyi edəcək.
Yarışa yunan-Roma güləşçilərimiz start verəcək. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayev, Elbrus Məmmədov və Nazim Əhmədovun rəhbərliyi altında Abdurrahman Hüseynli (45 kq), Qurban Məcnunov (48 kiloqram), Hikmət Haqverdiyev (51 kiloqram), Nihat Bəhmənov (55 kiloqram), Əli Nəzərov (60 kiloqram), Hüseyn İsgəndərov (65 kiloqram), Yusif Əhmədli (71 kiloqram), Nicat Yeylaqaliyev (80 kiloqram), Səid Paşayev (92 kiloqram) və Rihad İbrahimli (110 kiloqram) uğur qazanmağa çalışacaq.
Daha sonra böyük məşqçi Həsrət Məmmədyarovun nəzarəti altında Nəzrin Əhmədli (46 kiloqram), Fatimə Bayramova (53 kiloqram) və Esra Məmmədli (57 kiloqram) xalçaya çıxacaq.
Yarışın son günlərində isə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında Sadiq İsmayılov (45 kiloqram), Rəvan Həsənzadə (48 kiloqram), Ramal Mirhüseynov (51 kiloqram), Ruslan Əlizadə (55 kiloqram), Həsən Həsənov (60 kiloqram), Hüseyn İsmayılov (65 kiloqram), Rəşad Veysəlov (71 kiloqram), Nihad Süleymanlı (80 kiloqram), Səid Paşayev (92 kiloqram) və Hakim Tağıyev (110 kiloqram) çıxış edəcək.
Turnirdə I dərəcəli hakimlərimizdən Elman İsmayılov və Natiq Hacıyev ədaləti qoruyacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:32]
Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq
- 05.06.2026 [10:55]
Azərbaycan klubu daha bir futbolçu ilə vidalaşıb
- 05.06.2026 [10:27]
Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir
- 05.06.2026 [10:03]
Futbol üzrə Azərbaycan millisi bu gün Malta ilə qarşılaşacaq
- 04.06.2026 [23:35]
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [22:00]
Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb
- 04.06.2026 [20:53]
Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir
- 04.06.2026 [20:14]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 04.06.2026 [20:00]
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 04.06.2026 [19:55]