İmişlidə 18 yaşlı qızı traktor vurub
İmişli, 10 mart, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 13 radələrində İmişli şəhəri Nəcməddin Savalanov küçəsində qeydə alınıb. Vidadi Fətullayev idarə etdiyi traktorla hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı vurub. Xəsarət alan yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində 2007-ci il təvəllüdlü qız İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona sağ dirsəyin, sol budun, sol qasıq nahiyəsinin, sağ sağrı nahiyəsinin, hər iki diz nahiyəsinin sıyrılmış, əzilmiş yaraları diaqnozu təyin edilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:58]
Şəkidə taxıl biçininə start verilib
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:32]
Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21,6 faiz artıb
- 09.06.2026 [11:49]
Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:27]
“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb
- 09.06.2026 [10:38]