İncəsənət məktəbinin müəllim və şagirdlərindən şanlı ordumuza dəstək
Bakı, 23 oktyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin müəllim və şagirdləri müzəffər ordumuza məktub ünvanlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, həssaslıqla yazılan məktubda əsgərlərimizə sonsuz güvən bəslədikləri, onların hər birinin ailəmizin bir üzvü kimi qəbul etdiklərini qeyd ediblər. Vətəni sonsuz sevgi və sədaqətlə sevən əsgərlərimizlə qürur duyduqlarını vurğulayıblar.
Cənnət Qarabağımızın hər guşəsində 3 rəngli bayrağımızın dalğalanmasını görmək hər birimizin arzusudur. Bu arzumuzu reallaşdıran mərd vətən oğullarımız bu gün şagirdlərimizə örnəkdir. Şagirdlər də öz qəhrəmanlarına ürək sözlərini al-əlvan dünyalarının rənglərinə boyanmış fırçaları ilə söyləyiblər.
Əsgərlərimizə göndərdikləri rəsmlərdə qələbə xəbəri ilə qayıdacaq əsgərlərimizi səbirsizliklə qarşılamağa can atdıqlarını, onlarla görüşə tələsdiklərini bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
- 29.09.2026 [03:50]
Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]