İndoneziyada COVID-19-a yoluxanların sayı artmaqda davam edir
Tokio, 9 aprel, AZƏRTAC
İndoneziyada COVID-19 koronavirusuna yoluxanların sayı artmaqda davam edir. AZƏRTAC xəbər verir ki, İndoneziya Səhiyyə Nazirliyinin nümayəndəsi Əhməd Yuriantonun verdiyi məlumat görə aprelin 9-da daha 377 nəfər koronavirusa yoluxub. Bununla da İndoneziyada bu virusa yoluxanların ümumi sayı 3292 nəfərə çatıb.
Mətbuat konfransında çıxış edən Ə.Yurianto əlavə edib ki, ötən sutka ərzində bu virusa yoluxmuş 40 nəfər vəfat edib və beləliklə ölənlərin ümumi sayı 280 nəfərə çatıb.
Eyni zamanda, bu günədək 252 nəfərin sağalaraq evlərinə buraxıldığı da qeyd edilib.
Əlavə olaraq bildirilib ki, Şərqi Nusa-Tenqara əyalətində ilk koronavirusa yoluxma halı qeydə alınıb. Bununla da virus ölkənin 34 əyalətindən 33-də yayılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]