İndoneziyada məktəb binası çöküb, onlarla insan dağıntılar altında qalıb
Bakı, 30 sentyabr, AZƏRTAC
İndoneziyada çoxmərtəbəli məktəb binasının çökməsi nəticəsində onlarla insan dağıntılar altında qalıb.
AZƏRTAC xəbər verir ki, İndoneziyanın Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, hadisə Şərqi Yava əyalətinin Sidoarco şəhərində yerləşən və tikintisi davam edən “Al Xoziny” İslam internat məktəbində qeydə alınıb. Faciə nəticəsində azı bir şagird həlak olub, təxminən 80 nəfər xəsarət alıb. Hadisədən sonra 38 nəfərin, o cümlədən şagirdlərin və tikinti işçilərinin axtarışları davam etdirilir.
Yerli medianın yazdığına görə, internat binası yalnız bir neçə ay əvvəl inşa edilib və son betontökmə işlərinin aparılmasına baxmayaraq, artıq məktəbdə dərslər keçirilirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]