İndoneziyadakı Merapi vulkanı yenidən püskürməyə başlayıb
Bakı, 28 oktyabr, AZƏRTAC
İndoneziyanın ən aktiv vulkanı Merapi yenidən püskürməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ANTARA Xəbər Agentliyi məlumat yayıb. Bildirilib ki, püskürmə ərazisində kül və tüstü qatı yerdən min metrədək yüksəkliyə qalxıb. Əhaliyə vulkana 3 kilometrdən artıq yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.
Tələfat və ya infrastruktura ziyan dəyməsi barədə məlumat verilmir.
Qeyd edək ki, İndoneziyada 400-dən çox vulkan var, onlardan azı 129-u aktivdir, 65-i isə təhlükəli kimi təsnif edilir. 2023-cü ilin dekabrında Sumatra adasındakı Merapi vulkanının qəfil püskürməsi 23 nəfərin ölümünə səbəb olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:59]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:52]
Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]