İnfotur: Zəngilanın turizm potensialı tanıdılır










Zəngilan, 12 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Turizm və səyahət sənayesində çalışan şirkətlərin nümayəndələri üçün “Ağalı” hotelinin təşkilatçılığı ilə Zəngilan şəhəri və Ağalı kəndinə infotur təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turun məqsədi turizm sektorunda aktiv olan şirkətlərə yenicə istifadəyə verilmiş “Ağalı” hotelinin imkanlarını tanıtmaq və bu ərazinin turizm potensialı barədə məlumatlılıq səviyyəsini artırmaqdır. İştirakçılar ərazinin tarixi və görməli yerləri barədə məlumatlandırılıb, eləcə də Zəngilan şəhər məscidi, Zəngilan Beynəlxalq Hava Limanı və “Dost Aqropark” müasir kənd təsərrüfatı kompleksində olublar.