İngiltərə kuboku: “Mançester Yunayted” “Arsenal”ı məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb
Bakı 26 yanvar, Nicat Məmmədov, AZƏRTAC
İngiltərə Premyer Liqasının 1/16 final mərhələsinin mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, meydana iki iddiaçı klubun - “Arsenal” və “Mançester Yunayted”in komandaları çıxıb. Görüş “qırmızı şeytanlar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Mançester Yunayted”in heyətində Aleksis Sançes (31), Cesi Linqard (32) və Anronio Marsial (82) fərqləniblər. “Arsenal”ın yeganə qolunun müəllifi isə Aubameyanq (43) olub. Bu qələbədən sonra “Mançester Yunayted” 1/8 final mərhələsinə vəsiqə qazanıb.