İngiltərə kuboku: “Tottenhem” mübarizəni dayandırıb
Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 27-də İngiltərə kubokunun onaltıdabir final mərhələsinin görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, mərhələnin gözlənilməz hesabı “Selhurst Park” stadionunda qeydə alınıb. “Kristal Palas” “Tottenhem” klubu ilə üz-üzə gəlib. Görüş “Kristal Palas”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qalib tərəfin heyətində Konor Vicham (9) və Andros Tovnsend (34) fərqləniblər. Bu məğlubiyyətdən sonra “Tottenhem” klubu İngiltərə kubokunda mübarizəni dayandırıb.
Səkkizdəbir final mərhələsinə digər vəsiqəni “Çelsi” klubu qazanıb. Paytaxt təmsilçisi “Şeffild Uensdey”i böyük hesabla məğlub edib - 3:0. Maurisio Sarinin yetirmələrin heyətində Villian (26,83 - penalti) və Hadson-Odoi (64) fərqləniblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:07]
Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]