İngiltərə Premyer Liqası: "Liverpul" öz meydanında böyük hesablı qələbə qazanıb
Bakı, 20 aprel, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə İngiltərə Premyer Liqasında XXX turdan təxirə salınmış "Liverpul" - "Mançester Yunayted" oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Enfild" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Qolları Luis Dias 5-ci, Məhəmməd Salah 22-ci və 85-ci, Sadio Mane 68-ci dəqiqədə vurublar.
"Liverpul" ilk dövrədə də "Mançester Yunayted"i darmadağın etmişdi - 5:0.
Hazırda mersisaydlılar 32 oyundan 76 xalla 1-ci pillədə qərarlaşıb. Ehtiyatda bir oyunu olan "Mançester Siti" 74 xalla ikinci yerdə gedir. "Mançester Yunayted" isə 33 matçdan 54 xalla 6-cıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]