İDMAN
İngiltərə Premyer Liqası: “Çelsi” cari mövsümdə ilk dəfə məğlub olub
Bakı, 25 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 25-də futbol üzrə İngiltərə Premyer Liqasının 5-ci turunun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, “Stenford Bric” stadionunda baş tutan görüşdə “Çelsi” klubu “Maçester Siti” komandasını qəbul edib.
Görüş qonaqların minimal hesablI qələbəsi ilə yekunlaşıb - 1:0.
Oyunda yeganə qolun müəllifi matçın 53-cü dəqiqəsində Qabriel Jesus olub. O, Joao Kanselonun ötürməsini dəqiq zərbə ilə tamamlayıb.
Bu qələbə sayəsində Mançester təmsilçisi xal ehtiyatını 13-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Çelsi” isə eyni xalla üçüncü yerdə qərarlaşıb.
Paralel keçən görüşdə “Mançester Yunayted” öz meydanında gözlənilmədən “Aston Villa”ya məğlub olub - 1:0.