İngiltərə Premyer Liqası: “Çelsi” öz meydanında böyük hesabla məğlub olub
Bakı, 3 aprel, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə İngiltərə Premyer Liqasında XXX tura start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış matçında “Çelsi” doğma azarkeşlər önündə autsayder “Vest Bromviç”lə qarşılaşıb. Görüş qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 27-ci dəqiqədə Kristian Pulişiç açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2 və 4-cü dəqiqələrdə fərqlənən Mateus Pereyra qonaqları önə keçirib. Matçın 63-cü dəqiqəsində Kallum Robinson fərqi iki topa çatdırıb. Beş dəqiqə sonra Mbaye Dianye 4-cü topu "Çelsi"nin qapısından keçirib. Qarşılaşmanın 71-ci dəqiqəsində Meyson Maunt buraxılan qollardan birinin əvəzini çıxsa da, görüşdə son nöqtəni 90-cı dəqiqədə Robinson qoyub.
Bu, London klubunun baş məşqçi Tomas Tuxelin rəhbərliyi altında ilk məğlubiyyəti olub. Beləliklə, "zadəganlar"ın 14 oyunluq məğlubedilməzlik seriyası qırılıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 24-ə çatdıran "Vest Bromviç" 19-cı pillədə qalıb. 49 xalı olan "Çelsi" isə 4-cü sırada qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]